Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bankdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı DB və Azərbaycan hökuməti arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri, DB-nin Azərbaycanda həyata keçirdiyi proqram və layihələr müzakirə edilib.

Görüşdə Azərbaycanla DB arasında uzunmüddətli əməkdaşlıq ənənəsini vurğulayan E.Rüstəmov ölkədə iqtisadi islahatların, institusional quruculuq işlərinin dəstəklənməsində DB-nin rolunu xüsusilə qeyd edib. O, keçmiş regional direktor Henri Keralinin işini yüksək qiymətləndirərək, Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) sənədinin hazırlanmasında göstərdiyi səylərə görə H.Keraliyə minnətdarlığını bildirib. Daha sonra E.Rüstəmov qlobal makroiqtisadi volatillik və regional çağırışlar fonunda DB ilə əməkdaşlığın Azərbaycan hökuməti ilə birlikdə hazırlanmış ÖTÇ sənədinin prioritet sahələri üzrə fokuslaşdırılmasının əhəmiyyətindən danışıb. O, xanım Mersi Tembonun Azərbaycanla DB-nin uğurlu əməkdaşlıq ənənəsini davam etdirəcəyini və birgə fəaliyyətin səmərəliliyinin və faydalılığının gələcəkdə daha da artıracağına əmin olduğunu bildirib.

DB-nin Cənubi Qafqaz üzrə regional direktoru M.Tembo Azərbaycanda son 20 ildə həyata keçirilən quruculuq və inkişaf proqramlarını, sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirib. O, DB ilə Azərbaycan arasında keçmiş əməkdaşlıq səviyyəsini və eləcə də mövcud qlobal çağırışları nəzərə alaraq, Azərbaycan ilə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayib. Xanım M.Tembo DB-nin Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd edib.

Görüşün sonunda E.Rüstəmov Cənubi Qafqaz ölkələri üzrə regional direktoru vəzifəsinə yeni təyin olunması münasibətilə M.Tembonu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.