Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Bank VTB (Azərbaycan)” yeni məhsul – açıq bazar üçün ipoteka kreditləri və bankın tərəfdaş tikinti şirkətlərindən mənzil almaq istəyənlərə kreditlər təklif edir.
Bankın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bir il əmək stajı olan və sonuncu iş yerində altı aydan az olmayaraq işləmiş hər bir Azərbaycan vətəndaşı müvafiq proqram üzrə kredit əldə edə bilər. Borcalan fərdi sahibkar olarsa, onun biznes fəaliyyətinin müddəti altı aydan az olmamalıdır.
Maksimal məbləği 100 min manat olan kredit ilkin minimal ödənişi 25 faiz olmaq şərti ilə verilir. İllik faiz dərəcəsi 12 faizdən başlayan kreditin müddəti 10 ildir.
“Bank VTB (Azərbaycan)” ASC-nin idarə heyətinin sədri Aleksandr Yeryomin bankın ipoteka proqramının müvafiq bazarda kütləvi istehlakçılar üçün nəzərdə tutulduğunu qeyd edərək demişdir: “Biz kütləvi istehlakçıların marağını əsas götürərək kredit üzrə maksimal məbləği 100 min manat təyin etdik. İlkin ödəniş bizim məhsul üçün vacib şərtdir. Belə ki, bu, müştərinin məsuliyyətini artırır və kredit ödənişi zamanı riskləri azaldır”.