Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

"Ankaradakı terrordan cəmi bir neçə gün öncə Rusiyada, Dağıstan ərazisində, Dərbənd yaxınlığında da hərbi obyektə, polis və daxili qoşunların əməkdaşlarının olduğu posta hücum edilərək terror aktı törədilmişdi. Bu onu göstərir ki, son zamanlar terror təşkilatları hərbçilərdən narazıdırlar və daha çox onları hədəf seçirlər. Ona görə də mən Türkiyə və Rusiyada hər iki terror aktını birləşdirərək hesab edirəm ki, Türkiyə və Rusiya terrora qarşı mübarizədə əməkdaşlıq etməlidirlər. Bu artıq bir zərurətdir. Əgər bu dövlətlər terrorla mübarizə aparmaq istəyirlərsə, hər ikisi səylərini birləşdirməlidir. Çünki son zamanlar onların hər ikisi terrorçuların hədəfinə çevrilib. Bu zərurət tələb edir ki, Moskva və Ankara sıx əməkdaşlıq etsinlər".

Trend-in məlumatına görə, bunu təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov Milli.Az-a açıqlamasında fevralın 17-də axşam Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı mülahizələrini bölüşərkən deyib.

Ekspert Ankarada törədilən terror aktının bəzi xüsusiyyətlərini şərh edib:

"Bu akt paytaxtın mərkəzində, strateji hərbi obyektlərin yaxınlığında törədilib. Əslində bununla ismarıc vermək istəyirlər ki, əsas hədəf hərbçilər olub. Terror aktı saat 18:30-da həyata keçirilib. Bu göstərir ki, terrorçular çoxlarının işdən çıxan vaxtını, pik saatı seçiblər ki, tələfat çox olsun.

Hələlik Türkiyənin rəsmi dairələrinin məlumatına görə, terror aktı PKK tərəfindən törədilib. Lakin həmin təşkilatın özünün bununla bağlı bəyanatı yoxdur. Amma PKK-nın rəhbəri Murad Karayılan terror aktından bir müddət əvvəl bəyan etmişdi ki, biz terroru, müharibəni Türkiyənin içərisinə daşıyacağıq. Bu terror aktı nəticəsində ölənlərin sayı da getdikcə artır".

E.Ələsgərov Ankaradakı terror aktı ilə təxminən eyni zamanda İsveçdə Türk Mədəniyyət Mərkəzində baş vermiş partlayışlar arasında birbaşa əlaqənin olduğunu və onların Suriyadakı qüvvələr tərəfindən planlaşdırılaraq həyata keçirildiyini istisna etməyib:

"Yaddan çıxarmaq olmaz ki, dünən İsveçin paytaxtı Stokholmda Türk Mədəniyyət Mərkəzində də partlayış və yanğın olub. Bunun da terror aktı olması ehtimal edilir. O da məlumdur ki, bundan bir müddət əvvəl 200-ə yaxın kürd nümayişçi həmin mərkəzə hücum etmişdi. Bu terror aktlarının ard-arda olması göstərir ki, hadisələr bir mərkəzdən idarə olunub və təsadüf deyil. Yəni terrorçular planlaşdıranda bir neçə terror aktının həyata keçirilməsini nəzərdə tutublar.

Bunu ilk növbədə Suriyadakı son hadisələrlə əlaqələndirmək olar. Suriyadakı kürd təşkilatlarının PKK terrorçuları ilə əlaqələri olsa da, onlar digər qrupda - YPG-də birləşirlər. Ona görə də ehtimal etmək olar ki, bunlar Suriya ərazisində düşünülmüş və oradan idarə olunan əməliyyatlardır".

Qeyd edək ki, ötən axşam, fevralın 17-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində törədilən terror aktı nəticəsində güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb. Hələlik terror aktına görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslarından da əldə etmək mümkündür: