Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Oktyabrın 7-də Milli Məclisin sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Hadi Rəcəbli iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, gündəliyə 2016-cı ilin büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi, gələn il üçün yaşayış minimumu haqqında, 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələri daxil edilib.

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında məlumat verən fondun sədri Elman Mehdiyev bildirib ki, gələn il üçün Fondun gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur. Bu da cari illə müqayisədə 0,7 faiz çoxdur. Qeyd olunub ki, 2016-cı ildə Fondun gəlirləri ilə xərcləri üst-üstə düşür. Gələn il üçün pensiyaçılara ödəmələr məqsədilə 2 milyard 923 milyon 588 min manat vəsait ayrılıb.

Sonra 2016-cı il üçün yaşayış minimumu haqqında məlumat verilib. Bildirilib ki, layihədə gələn il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilir.

Məlumat verilib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ölkədə aparılmış uğurlu sosial islahatlar Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasını şərtləndirib. Sənəd ölkənin makroiqtisadi inkişafına və sosial siyasətə uyğun hazırlanıb. Hesablama Palatası hesab edir ki, Fondun büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna uyğundur və Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilə bilər.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov, Maliyyə Nazirliyinin nümayəndəsi Xəqani Rzayev, deputatlardan Musa Quliyev, Elmira Axundova, Əhliman Əmiraslanov, Yaqub Mahmudov, İlham Məmmədov, parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2016-cı il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, büdcənin gəlirlərinin azalmasına baxmayaraq, 2016-cı ildə gəlirlərin 36,1 faizinin sosial sahəyə yönəldilməsi təqdirəlayiq haldır.

Deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.