Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Argentina əlaqələrinin uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin, Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə İşçi Qrupunun fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Şahin Mustafayev Azərbaycan və Argentina arasında iqtisadi və ticarət əlaqələrini, mövcud əməkdaşlıq layihələrini qeyd edərək kənd təsərrüfatı, sənayenin əczaçılıq, neft-kimya sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə iqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı, ölkəmizdə iş adamları üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistanın işğalçılıq siyasətinin regionun inkişafına başlıca maneə olduğu bir daha diqqətə çatdırılıb. Şahin Mustafayev bəzi Argentina şirkətlərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinin qarşısının alınması üçün Argentina hökuməti tərəfindən müvafiq tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain Azərbaycana ilk səfərindən və ölkəmizin inkişafından məmnunluğunu ifadə edib, əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini bildirib. Eduardo Zuain gələn il növbəti iclası keçiriləcək Azərbaycan-Argentina İşçi Qrupunun əlaqələrin inkişafında əhəmiyyətini və iclas çərçivəsində iş adamlarının görüşünün təşkilinin önəmini vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən nazir müavini əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain imzalayıblar.