Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Putin Federal şuraya müraciət etdi

Bu, Rusiya prezidentinin sayca 9-cu müraciəti olub

 
Bu gün Rusiya Federasiyasının Konstitusiya günü münasibətilə ölkə prezidenti Vladimir Putin Federal şuraya müraciət edib. Kremlin Qeorqiyeski zalında 1000-ə yaxın dəvətli qarşısında çıxış edən Vladimir Putin müraciətində yaxın illərdə Rusiyanın inkişafını necə görməsindən danışıb. Müraciətdə mənəvi dəyərlərə və milli birlik məsələlərinə xüsusi diqqət ayrılıb. Putin dövlətin vətəndaşlara daha açıq olmalı olduğunu deyib.

Federal şuraya müraciətdə Rusiyanın iqtisadi və siyasi inkişafı sahəsində bir sıra yeni təşəbbüslər irəli sürülüb. Qeyd edək ki, bu, Vladimir Putinin 9-cu federal müraciətidir. Putinin Federal şuraya 2007-ci il aprelin 26-da etdiyi bundan əvvəlki müraciəti isə Rusiyanın 21-ci əsrdə kompleks modernizasiyasına həsr edilmişdi.

Adətən, Rusiya prezidentinin müraciəti qapalı rejimdə hazırlanır, lakin 2010-cu ildə dövlət başçısı postunu tutan Dmitri Medvedev təcrübə olaraq, müraciəti əvvəlcədən dərc etdirmiş və ictimaiyyətin müzakirəsinə təqdim etmişdi.