Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Sülh və inkişaf dövlət strategiyasının təməlini təşkil edir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, BMT-nin İnkişaf Proqramının, PwC şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə dekabrın 3-də Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev  
 iyirmi il ərzində Azərbaycanın  siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirdiyini, demokratik dəyərlərə yiyələndiyini və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratdığını qeyd  edərək,  bu müddət ərzində yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurların  qazanıldığını bildirmişdir. 
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan qarşısında yeni perspektivlər açmış, Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəməri və digər əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan vermişdir. Dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaratdı. Beləliklə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaratmışdır. Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. 
Akademik Ramiz Mehdiyev 2003-2011-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempinin 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olduğunu qeyd etmiş,  
2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiyatlarının 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əmək haqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmasını, yoxsulluğun səviyyəsinin 44,7 faizdən 7,6 faizə endiyini bildirmişdir.

Respublikamızda əsas insan azadlıqları, demokratiyanın inkişafı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sahəsində mühüm uğurlar əldə edildiyini deyən R.Mehdiyev vurğulamışdır ki, qısa müddət ərzində Azərbaycan demokratiyanı özünün siyasi fəlsəfəsinə çevirmiş, zəruri islahatlar həyata keçirmişdir.

Akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Fərmanının əhəmiyyətindən danışmış, demişdir ki, 2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir.
İnkişaf Konsepsiyası orta və uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir.
Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır. 
Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir. Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosial və ekoloji məsələləri də əhatə edəcəkdir. Bu, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılmasına imkan verəcəkdir.

 

X X X

 

Beynəlxalq konfransda BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius BRUK,  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, PwC şirkətinin baş qlobal məsləhətçisi Yan Sturesson, 
Nəqliyyat nazirinin müavini Musa Pənahov
,
Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Larisa Leşenko
, Asiya İnkişaf Bankının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış etmişlər.