Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Bakıda III Qara Dəniz Ticarət və İnvestisiya Forumu keçirilmişdir

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində noyabrın 26-da III Qara Dəniz Ticarət və İnvestisiya Forumu olmuşdur. 
AzərTAc xəbər verir ki, forum QİƏT, Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyası (TUSKON), Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən təşkil edilmişdir. 
QİƏT-ə üzv olan ölkələrdən 400-dək iş adamının iştirak etdiyi forum TUSKON haqqında filmin nümayişi ilə başlamışdır. 
Tədbirdə çıxış edən TUSKON-un sədri Rızanur Meral‏ Xəzərin incisi – Bakıda olmaqdan məmnunluğunu vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycan hökumətinin məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik və dinamik inkişaf hökm sürür. Ulu öndər Heydər Əliyevin Azərbaycan ilə Türkiyə “bir millət, iki dövlət”dir kəlamı ildən-ilə güclənən qardaşlıq əlaqələrimizin əsas qayəsini təşkil edir. 
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan R.Meral bildirmişdir ki, 2005-ci ildə İstanbulda yaradılan TUSKON Türkiyənin iqtisadi və sosial inkişafına töhfə vermək məqsədilə bu sahədə çalışan iş adamlarını bir çətir altında birləşdirir.
Natiq dünyanın sürətli inkişaf edən regionlarından olan Qara dəniz bölgəsində enerji, tikinti, meşəçilik, turizm, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə böyük potensialın olduğunu vurğulamışdır. Məhz bu potensialdan daha səmərəli istifadə olunması və QİƏT-ə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından forumun əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
TÜSİAB-ın rəhbəri Murad Bakır bildirmişdir ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin dəstəyi ilə təsis olunan qurum hazırda 50 min nəfərin çalışdığı 300-dək türk şirkətini birləşdirir. Bu şirkətlər tərəfindən Azərbaycana 2 milyard dollar məbləğində sərmayə yatırılmışdır. Natiq neft və qaz yataqları ilə zəngin Azərbaycanda son illərdə inşaat, kənd təsərrüfatı, heyvandarlıq və digər sahələrin inkişaf etdirilməsini nəzərdə tutan mühüm dövlət proqramlarının icra olunduğunu diqqətə çatdırmışdır. 
Bildirilmişdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 2011-ci ildə 3,5 milyard dollar təşkil etmişdir. Azərbaycan ilə Türkiyə arasında ötən il “STAR” neft emalı zavodunun təməlinin qoyulması, bu il isə TANAP layihəsi ilə bağlı müqavilənin imzalanması ölkələrimiz arasında qarşılıqlı iqtisadi əməkdaşlığı daha da artırmışdır. Məhz bunun nəticəsidir ki, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz artmışdır. Cari ildə Azərbaycan tərəfdən Türkiyəyə 4, əks istiqamətdə isə 1,9 milyard dollar məbləğində investisiya qoyulmuşdur.
ASK-nın baş katibinin müavini Mehman Mehmanov demişdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olan Türkiyə ilə münasibətlərimiz “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir. ASK da bu baxımdan qardaş ölkələrimizin iş adamlarının görüşünün təşkili, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. 
Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Qara dəniz bölgəsi ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Cənubi Qafqazda ümumi daxili məhsulun 80 faizini istehsal edən Azərbaycan makroiqtisadi sabitliyə görə dünyada ilk on ölkədən biridir. Ölkəmizdə dövlət büdcəsi son on ildə 22 dəfə artmış, valyuta ehtiyatı 45 milyard dollara çatdırılmışdır. Ölkədə həyata keçirilmiş uğurlu iqtisadi islahatlar nəticəsində son iki ildə qeyri-neft sektorunda artım neft sektorundakından çox olmuşdur. 
QİƏT PM-in baş katibi Kirill Tretyak bildirmişdir ki, təşkilatın Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində bu forumun keçirilməsinin əsas məqsədi quruma üzv olan 12 ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsidir. Natiq belə toplantıların ildə bir neçə dəfə keçirilməsinin əhəmiyyətini vurğulamış, bu istiqamətdə baş katibliyin hər cür dəstək verməyə hazır olduğunu vurğulamışdır. 
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək çıxışında strateji mövqeyinə və ölkələrinin zəngin təbii ehtiyatlara malik olması baxımından Qara dəniz bölgəsinin dünyanın ən mühüm regionlarından biri olduğunu diqqətə çatdırmışdır. C.Çiçək bölgədə əməkdaşlığın gücləndirilməsində, region ölkələrinin iqtisadi inkişafında sülhün və sabitliyin təmin olunmasının vacibliyindən danışmışdır. Bu ilin iyulundan QİƏT-ə sədrlik edən Türkiyə fəaliyyəti dövründə məhz regionda sülhün, sabitliyin, eləcə də əməkdaşlığın daha da gücləndirilməsinə çalışır. 
TBMM sədri QİƏT-in yaradılmasının 20-ci ildönümü ilə bağlı bu ilin iyununda İstanbulda keçirilən toplantıda quruma üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm qərarların qəbul olunduğunu vurğulamışdır. 
Çıxışlardan sonra qarşılıqlı təşəkkür plaketləri təqdim olunmuşdur.
Forum QİƏT ölkələrindən və Azərbaycandan olan iş adamlarının ikitərəfli görüşləri ilə davam etmişdir.