Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Lord Şeyx Məhəmməd İltaf: "Dağlıq Qarabağ problemi Azərbaycanın ən vacib siyasi məsələsi olaraq qalmaqda davam edir"

Böyük Britaniyanın Lordlar Palatasında “Azərbaycan və Cənubi Qafqaz” mövzusunda müzakirələr keçirilib. Müzakirələrdə çıxış edən lord Şeyx Məhəmməd İltaf bu ilin yayında Azərbaycana etdiyi səfərlə bağlı həmkarlarını məlumatlandırıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə keçirdiyi görüşlərdən danışıb, ölkəmiz haqqında təəssüratlarını bölüşüb. Azərbaycanın dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malik olduğunu vurğulayan Şeyx Məhəmməd İltaf ölkəmizdə həyata keçirilən islahatların miqyasından təsirləndiyini bildirərək deyib: “Azərbaycan dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə sahibdir və Azərbaycan maliyyə, telekommunikasiya və infrastruktur sahələri daxil olmaqla, bir çox sahələrdə inkişaf etməyi nəzərdə tutub”.

Azərbaycan və Böyük Britaniya arasında münasibətlərə toxunan lord bp şirkəti ilə ARDNŞ arasında mövcud uzunmüddətli, səmərəli əməkdaşlığı xüsusi qeyd edib. O, ARDNŞ tərəfindən reallaşdırılan sosial layihələri alqışlamış, ətraf mühitin qorunması üzrə uzunmüddətli strategiyanın həyata keçirilməsində şirkətin rolunu yüksək qiymətləndirib. Lordlar Palatasının üzvü ətraf mühitin çirklənməsinin qarşısının alınmasında və tullantıların idarə edilməsində ARDNŞ-in üzərinə götürdüyü öhdəliklərin vacibliyini diqqətə çatdırıb, davamlı inkişafla bağlı məsələlərin həllində şirkəti neft-qaz əməliyyatları ilə məşğul olan digər qurumlara nümunə göstərib. Şeyx şirkət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında çirklənmiş torpaqların təmizlənməsi, ekoloji parkların salınması və gənc nəslin təhsilinə yönəldilmiş proqramları xüsusi vurğulayıb.


Azərbaycanın 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi yüksək etimadın göstəricisi kimi səciyyələndirən Şeyx Məhəmməd İltaf Dağlıq Qarabağ probleminə də toxunaraq deyib: “Bu problem Azərbaycanın ən vacib siyasi məsələsi olaraq qalmaqda davam edir və regionda qeyri-stabilliyin mənbəyi hesab edilir. Bu, çox vacibdir ki, biz sülh prosesində ATƏT-in Minsk qrupuna tam dəstək göstərir və hər iki tərəfin problemi danışıqlar masası arxasında həll etməsində fəal iştirak edirik”.


Lord Şeyx Məhəmməd İltaf çıxışının sonunda Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, Azərbaycanın beynəlxalq iqtisadi, siyasi və mədəni əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini qeyd etmiş və Britaniya hökumətini bu prosesdə fəal iştirak etməyə çağırıb