Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunmuşdur
 
Mayın 26-da Milli Məclisin İqtisadi siyasət komitəsində 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunmuşdur.
İclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsinin Prezident  İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirmişdir.
Maliyyə naziri Samir Şərifov isə öz çıxışında  2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklər barədə millət vəkillərinə geniş məlumat vermişdir. Nazir dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin 600 milyon manat artırılacağını, gəlirlərin 17 038 mln. manat, xərclərin isə 17 672 mln. manata çatdırılacağını qeyd etmişdir. Onun sözlərinə görə, Dövlət neft fondunun da gəlirlərinin təsdiq olunmuş gəlirlərdən çox artması nəzərdə tutulur ki, bu artım da 3 milyard 625 milyon məbləğində qiymətləndirilir. İclasda dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsinin də nəzərdə tutulduğu bildirilib.
Samir Şərifov ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycanın  şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının, 2010-cu ildə isə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonları ərazisində irimiqyaslı fəlakətə səbəb olması ilə əlaqədar əhali və sosial-iqtisadi infrastruktura dəyən ziyanın  aradan qaldırılması ilə bağlı ciddi işlər görüldüyünü bildirmişdir. Nazir cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alındığını, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradıldığını da bildirmişdir. S.Şərifov,  eyni zamanda,  dövlət və icmal büdcələrin gəlir və xərclərində edilmiş dəyişikliklər, ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsi üçün konkret tələb olunan vəsaitin məbləği barədə ətraflı məlumat vermişdir.
İclasda Bakı şəhərinin ətraf əraziləri və kəndlərində qurunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş Fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb olunmasının da vacib olduğu bildirilmişdir.
İclasda digər millət vəkilləri də çıxış etmiş və dövlət başçısının ölkədə baş vermiş təbii fəlakət və digər fövqəladə halların nəticəsinin aradan qaldırılması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı irəli gələn maliyyə məsələlərinin həlli üçün atdığı addımları yüksək qiymətləndirmişlər.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə olunması barədə qərar qəbul edilmişdir.
 
Mətanət Hüseynova