Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Milli Məclisin komitə iclasında “2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunmuşdur

Mayın 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilmişdir.  Dövlət və hökumət üzvlərinin də iştirak etdiyi iclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunmuşdur.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq, gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.  O, ötən il Azərbaycanın ictimai-siyasi həyatında çox əlamətdar hadisələrin baş verdiyini, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən ölkəmizin  bu dövr ərzində həyata keçirilən uğurlu daxili və xarici siyasəti nəticəsində regionun və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildiyini bildirmişdir.

Sonra  iclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi barədə danışmış, burada 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyətinə dair göstəricilərin, ehtiyat fondlarından istifadə, dövlət borcu və dövlət borcuna xidmətlə əlaqədar məlumatların əks olunduğunu qeyd etmişdir. Azər Bayramovun sözlərinə görə, dünya ölkələrinin bir çoxunda, xüsusilə də Avropada borc probleminin yaranmasına və iqtisadi enişin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən təsirli çevik makroiqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında mənfi halların yaranmasının qarşısı alınmışdır. Bu siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir.

A.Bayramov 2011-ci il icmal büdcənin gəlirlərinin 23 milyard 225 milyon manat təşkil etməklə 116,2 faiz icra olunduğunu bildirmişdir. Bu isə 2010-cu illə müqayisədə 19,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 17 milyard 540 milyon manat icra edilmişdir ki, bu da ondan əvvəlki illə müqayisədə 28,6 faiz çoxdur. Hesabat ilində ölkədəki davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın dinamikası əhalinin sosial rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaratmışdır.

Bu istiqamətdə əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımı, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi sektorlarında davamlı inkişaf təmin edilmişdir. Cari ilin əvvəlinə vahid xəzinə hesabının qalığı 382 milyon manat təşkil etmişdir.

Ötən il ərzində ümumi daxili məhsulun (ÜMD) həcmi 2010-cu illə müqayisədə 40 milyon  manat artaraq 50,1 milyard manat, o cümlədən qeyri-neft sektorunda ÜDM 24,2 milyard manat olmuşdur. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir.

Sonra Hesablama Palatasının sədri Heydər Əsədov palatanın builki rəyinin ilk dəfə olaraq Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və digər iqtisadi qurumların ümumi göstəriciləri ilə yanaşı büdcə təşkilatlarının hesabatlarına, materiallarına istinad edilməklə hazırlandığını nəzərə çatdırmışdır.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri, bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri məsələ barədə fikirlərini bildirmiş, ölkəmizdə dünya təcrübəsinə cavab verən büdcə formalaşdığını, onun şəffaflığının təmin edildiyini qeyd etmişlər.

Daha sonra “Büdcə sistemi haqqında” “Mühasibat uçotu haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, habelə Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılmış və  təklif olunan düzəlişlərin vacibliyi, eyni zamanda,  məqsədəuyğun olduğu bildirilmişdir.

İclasda həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” yeni qanun layihəsinə baxılmışdır.  Sənədin əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, dövlət uçot və qeydiyyat əməliyyatlarının aparılması, dövlət nəzarəti üzrə tədbirlərin həyata keçirilməsi, bir sıra digər ölçmələrə şamil edilməsi nəzərdə tutulmuşdur.