Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Vaşinqtonda Azərbaycan-ABŞ konfransı işə başlamışdır

Vaşinqtonda Ağ Evin yaxınlığında yerləşən tarixi "The Williard" mehmanxanasında aprelin 25-26-da ikigünlük Azərbaycan-ABŞ konfransı keçirilmişdir.
Konfransda ABŞ Konqresinin və Senatının 80-ə yaxın üzvü, Birləşmiş Ştatların biznes dairələrinin nümayəndələri,  ölkədə yaşayan türkdilli və digər etnik icmaların liderləri, bölgəmiz üzrə Amerikanın aparıcı beyin mərkəzlərinin başçıları, Azərbaycan Prezidenti Administrasiyasının, Milli Məclisin, Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun və bir sıra digər nazirliklərin nümayəndələri Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illik tarixinə nəzər salır, strateji əməkdaşlığın perspektivlərini müzakirə e
tmişlər.
Azərbaycan ilə ABŞ arasında ilk belə genişmiqyaslı konfrans amerikalılar və avrasiyalıların "Turquoise" Şurası,  ABŞ Azərbaycanlıları Şəbəkəsi, "Caspian Strategy" İnstitutu və nüfuzlu Con Hopkins Universitetinin Aparıcı və Beynəlxalq Araşdırmalar məktəbinin  birgə təşkilatçılığı ilə keçiril
mişdır.
Tədbir çərçivəsində keçirilən digər görüşlərdə ABŞ-ın federal, ştat və yerli idarəçilik orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyətlərinin üzvləri, həmçinin Azərbaycanın nümayəndə heyəti ölkələrimiz arasında strateji münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparmışlar.
Aprelin 26-da işini ABŞ paytaxtının tarixi "The Williard" mehmanxanasında "Gələcəyə baxış" devizi altında davam etdirən konfransı Oklahoma ştatının keçmiş dövlət katibi Süzen Savic açaraq, tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan söz açmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ ilə Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd etmişdir ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konfransda Amerikanın yüksək səviyyəli ictimai və siyasi xadimlərinin iştirak etdiyini bildirmiş və onlara təşəkkürlərini çatdırmışdır. ABŞ ilə Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu deyən səfir bu amillər sırasında tolerantlığı xüsusi vurğulamışdır. O, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini qeyd etmiş, irəlidə daha böyük işlərin olduğunu vurğulamışdır.

Konqresmen Ted Po təmsil etdiyi Texas ştatının da Azərbaycan kimi böyük neft tarixinə malik olduğunu nəzərə çatdırmışdır. Azərbaycanın XX əsrin əvvəllərində bölgəyə siyasi və iqtisadi azadlıqlar gətirdiyini qeyd edən konqresmen xalqımızın müstəqillik uğrunda mübarizə yolundan danışmış, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinin bərpa olunduğunu xatırladaraq, həmin dövrdən ABŞ ilə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdırmış, Azərbaycanı öz enerji resurslarından düzgün və səmərəli istifadə edən az ölkələrdən biri olduğunu vurğulamışdır.

ABŞ-ın Alman Marşal Fondunun bölgəmiz üzrə mütəxəssisi Coşua Uolkerin moderatorluğu ilə keçən "ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri" adlanan birinci sessiyada Birləşmiş Ştatların dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışmış, gələcək əməkdaşlıqla bağlı ABŞ tərəfindən böyük gözləntilərin olduğunu söyləmişdir.

Azərbaycanın xarici işlər nazirinin müavini, respublikamızın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayev iki ölkə arasında diplomatik münasibətlərin ilkin dövrlərdə çətinliklərlə müşayiət olunduğundan danışmış, lakin ikitərəfli əlaqələrin bugünkü yüksək səviyyəyə çatacağına daim inandığını dilə gətirmişdir. Respublikamızın iqtisadi uğurlarından söz açan Hafiz Paşayev Azərbaycanın artıq xarici ölkələrdə sərmayə proqramları həyata keçirən dövlətə çevrildiyini qeyd etmişdir.

Konfransın üçüncü sessiyası "Tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafı: Azərbaycan modeli" mövzusuna həsr edilmişdi. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Sovet İttifaqının süqutundan sonra Azərbaycanda müxtəlif etiqadlara aid məbədlərin sayının artdığını deyərək bunun ölkədə həyata keçirilən humanitar siyasətin uğurlarının bariz nümunəsi olduğunu bildirmişdir.

Con Hopkins Universiteti Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun tədqiqatçı direktoru Svante Kornell də Azərbaycana xas olan etnik dözümlülükdən söz açaraq, ölkədə etnik mənsubiyyət anlayışından daha çox vətəndaş anlayışının inkişaf etdiyini məmnunluq hissi ilə vurğulamışdır.

Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanın bir çox sahələrdə "ilk"lərə imza atdığını deyərək bunun səbəblərinin tolerantlıqla da bağlı olduğunu söyləmişdir. Onun sözlərinə görə,  Azərbaycanda böyük nailiyyətlər əldə edən müxtəlif etnik mənşələrə aid istedadlı insanlar digər ölkələrdən məhz oradakı etnik dözümsüzlük şəraitinə görə Azərbaycana gəlmişlər.

ABŞ Nümayəndələr Palatasının sabiq üzvü Maykl MakMahon isə Azərbaycanı "dini harmoniya ölkəsi" adlandırmış, ölkəmizlə yüksək səviyyəli əlaqələrin ABŞ-ın milli maraqlarına cavab verdiyini demişdir.