Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
ABŞ konqresmeni Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı bəyanat vermişdir
 
Vaşinton, 27 oktyabr (AzərTAc). ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri konqresmen Bill Şuster Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir. Respublikaçı konqresmen bildirmişdir ki, Avropa və Asiya arasında geosiyasi cəhətdən dinamik bir bölgədə yerləşən Azərbaycan müsəlman əhalisi olan dünyəvi dövlətdir və minilliklərdən bəri xristian və yəhudi icmasının da vətəni olmuşdur. Azərbaycan və ABŞ qlobal və bölgə təhlükəsizliyi, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqlarına hörmət kimi ümumi maraqlara əsaslanan möhkəm tərəfdaşlıq yarada bilmişlər. Konqresmen diqqətə çatdırmışdır ki, Prezident Barak Obama 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Azərbaycanı “gənc demokratiya” adlandırmışdır, dövlət katibi Hillari Klinton isə həmin ilin iyul ayında Azərbaycana səfəri zamanı vurğulamışdır ki, “ABŞ və Azərbaycan arasında bağlar dərin, mühüm və davamlıdır”.
Bill Şuster demişdir ki, son 20 il ərzində Azərbaycan suverenliyini və müstəqilliyini möhkəmləndirmək üçün böyük səylər göstərərək, xalqın rifahını daha da yaxşılaşdıracaq demokratik təsisatların və çoxşaxəli iqtisadiyyatın qurulması istiqamətində addımlayır. O demişdir: “Mən, həmkarlarıma həmişə xatırladıram ki, Birləşmiş Ştatlar bugünkü müasir demokratiyasına 230 ildən artıq təcrübə toplayaraq gəlmişdir. Vacibdir ki, Birləşmiş Ştatlar sürətlə inkişaf edən tərəfdaşı Azərbaycandan dəstək və dostluğunu əsirgəməsin”.
Azərbaycan üzrə işçi qrupunun həmsədri bəyanatında ölkəmizin Xəzərin enerji ehtiyatlarını Amerikanın Avropadakı tərəfdaşlarına çatdırmaqla qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rol və beynəlxalq təhlükəsizlik əməliyyatlarında fəal iştirakı və töhfəsi üzərində ətraflı dayanmışdır. O, qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ABŞ-ın Şərq dəhlizinin inkişafına davamlı dəstəyini vacib hesab etmişdir.
B. Şuster sonda Azərbaycanı dəstəkləməyə hazır olan həmkarlarını Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupuna qoşulmağa dəvət etmişdir. Hazırda 40 nəfər amerikalı qanunvericini sıralarında birləşdirən bu qrup ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsi istiqamətində səylə çalışır.