Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan səfiri Bolqarıstanın nüfuzlu “BNT” dövlət televiziya kanalına müsahibə vermişdir

Oktyabrın 26-da Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar bu ölkənin ən nüfuzlu “BNT” dövlət televiziya kanalına müsahibə vermişdir.
Səfir müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətin siyasi, iqtisadi, sosial vəziyyətdən, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsindən, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən geniş şəkildə bəhs etmişdir.
Diplomat bildirmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə acınacaqlı vəziyyətə, hərc-mərcliyə son qoyulmuş, atəşkəs haqqında müqavilə imzalanmış, iqtisadiyyatın dirçəldilməsi istiqamətində ciddi tədbirlər görülmüşdür.
Ulu öndərin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən səfir həyata keçirilmiş köklü islahatlar nəticəsində Azərbaycanın dünya miqyasında sürətlə inkişaf etdiyini xüsusi vurğulamışdır.
İqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini deyən E.Kərimov enerji təhlükəsizliyinin təminatında ölkəmizin regionda və dünyada vacib rol oynadığını bildirmişdir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomat demişdir ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti bütün region üçün ciddi təhlükədir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə əlaqələndirən E.Kərimov dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı keçirilmiş yüksək səviyyəli müxtəlif beynəlxalq tədbirlərdən də danışmışdır.
Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluğunu bildirən E.Kərimov cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 4 dəfə artığını demişdir. Diplomat ölkələrimiz arasında enerji ilə yanaşı, kənd təsərrüfatı, yüngül sənaye, tikinti, nəqliyyat, əczaçılıq və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.