Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji əməkdaşlıq əlaqələri mövcuddur
 
Oktyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür.
Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Regional enerji və infrastruktur layihələrində mövcud tərəfdaşlığın davam etdirilməsinin iki dövlətin inkişafı və rifahında rolu xüsusi vurğulanmışdır.
Ölkələrimiz arasında dostluq və strateji əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan E.Məmmədyarov qeyd etmişdir ki, siyasi və iqtisadi baxımdan Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə qonağa ətraflı məlumat verdiyini deyən E.Məmmədyarov bildirmişdir ki, bu problemin həll olunması üçün əvvəlcə erməni qoşunları Azərbaycanın işğal edilmiş ərazilərdən çıxarılmalıdır.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xalqımızın qələbəsi adlandıran E.Məmmədyarov vurğulamışdır ki, bu zəfərin dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsi çox sevindirici haldır.
Bu böyük qələbə münasibətilə Azərbaycanı təbrik edən Q.Vaşadze belə bir tarixi anda Bakıda olduğundan məmnunluğunu bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini şərh edən gürcüstanlı nazir demişdir: “Cənubi Qafqaz vahid bir orqanizmdir, onu parçalamaq olmaz. Hər üç müstəqil ölkə anlamalıdır ki, biz bir qayıqdayıq. Bizim suverenliyimiz qırılmaz surətdə bir-birinə bağlıdır”. Q.Vaşadze vurğulamışdır ki, münaqişənin həll prosesinin əsasında beynəlxalq hüququn normaları və prinsipləri dayanmalıdır.
Gürcüstanlı nazir görüşdə regiondakı vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu demişdir.