Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
“Dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşir. Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altında qoyur”. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə, “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumundakı çıxışında deyib. Azərbaycanın birinci xanımı deyib ki, dünyada dərin maliyyə böhranı yaşanır və bir çoxları bunu daha ciddi sistematik böhranın əlamətləri kimi görür: “Hazırkı qloballaşma hamımızı qlobal dünyanın sakinlərinə çevirib. Lakin əfsuslar olsun ki, biz, eyni zamanda, heç vaxt görünməmiş dərəcədə bir-birimizdən ayrıyıq. İqtisadiyyat aləmi bunun sosial ədalət və qlobal etika kimi ideallardan nə qədər uzaq olduğunu nümayiş etdirir. Əfsuslar olsun ki, dözümsüzlük, ksenofobiya və ədavət bu bölünməni daha da dərinləşdirir”.

Mehriban Əliyeva bildirib ki, müharibə və münaqişələr milyonlarla insanları məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir: “Ölkəmiz – Azərbaycan üçün münaqişə və onun nəticələri sadə sözlər yox, acı həqiqətdir. On minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər birimizin ən böyük ağrısı olaraq qalır. Bu münaqişə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib. Böyük sayda tarixi və memarlıq abidələri, məktəblər, muzeylər və kitabxanalar işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilib. Ekspertlərin hesablamalarına görə, əgər münaqişələrin qarşısı alınmasa, onların nəticəsində XXI əsrdə 150 milyondan artıq qadın və uşaq həyatını itirə bilər. Həmin müharibələrin əksəriyyəti ədavət və dözümsüzlüyün təşviqi ilə başlanıb”.


“Bu mənfi təsirə baxmayaraq, mən gələcəyə nikbinliklə baxıram”, - deyən Azərbaycanın birinci xanımının fikrincə, bu hədələr sivil dialoq vasitəsilə aradan qaldırılmalıdır.


Qeyd edək ki, Mehriban Əliyeva UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyasında da iştirak edib.