Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Şəkidə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də Şəkidə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Nəzəriyyədən praktikaya - dövrün tələbidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, görkəmli alimlərin, ziyalıların, filialın müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünün hər yerdə olduğu kimi, Şəkidə də silsilə tədbirlərlə geniş qeyd edildiyini diqqətə çatdırmış, konfransın işinə uğurlar arzulamışdır.
Konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, daim azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı artıq 20 ildir ki, müstəqilliyinə qovuşmuşdur. Müstəqilliyinin ilk illərində Azərbaycan bir çox çətinliklərlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas olmuş, respublikamız sürətli inkişaf yoluna qədəm qoymuşdur. Dövlət müstəqilliyimizin ildönümünü qeyd edərkən biz 20 illik tariximizə bir daha nəzər salır, bu illərdə keçdiyimiz yolu, yaşadıqlarımızı təhlil edir, başımıza gələn müsibətlərin, habelə indiki xoşbəxt günlərimizin, inkişafımızın səbəblərini araşdırırıq. Bu 20 il müddətində tarixin ölkəmizə aid ən yaxşı səhifələrinin müəllifi və iştirakçısı şübhəsiz ki, Azərbaycan xalqıdır.
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra onun Bakıda keçirdiyi ilk görüşünün AMEA Rəyasət Heyətinin binasında məhz respublikanın elmi ictimaiyyəti ilə olduğunu diqqətə çatdıran A. Həşimov, ötən 20 ildə Azərbaycanda elmin inkişafına dövlət səviyyəsində daim yüksək diqqət və qayğı göstərildiyini xüsusi vurğulamışdır.
Konfransda, həmçinin AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyevin, AMEA-nın müxbir üzvləri – Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin, AMEA-nın Şəki Regional Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadənin məruzələri dinlənilmişdir.
Sonra konfrans işini bölmələr üzrə davam etdirmişdir.