Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XIV iclası keçirilmişdir

Oktyabrın 10-da Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XIV iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, həmin agentliyin vahid xəbərlər xidmətinin baş redaktor müavini Boris Qruşin, BelTA-nın (Belarus) baş direktoru Dmitri Juk, “Ukrinform”un baş direktor müavini Mixail Soroka, həmin agentliyin xarici informasiya redaksiyasının baş redaktor müavini Yaroslav Dovqopol, Tacikistanın “Xovar” milli informasiya agentliyinin Rusiya üzrə xüsusi nümayəndəsi Həlimə Xuşkadamova və MDB İcraiyyə Komitəsinin analitik informasiya departamentinin direktoru Aleksandr Zavarzin iştirak etmişlər.
Tədbirdə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov iclasın Beynəlxalq Humanitar Forum çərçivəsində və MDB-nin 20 illik yubileyi ərəfəsində keçirilməsinin əhəmiyyətini vurğulamışdır. A.Aslanov ümidvar olduğunu bildirmişdir ki, İnformasiya Şurasının XIV Bakı iclası MDB-nin milli informasiya agentlikləri arasında əməkdaşlığın daha da inkişafına töhfə olacaqdır.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko bildirmişdir ki, MDB ölkələrinin dövlət agentlikləri həm İnformasiya Şurası, həm də digər beynəlxalq media strukturlar daxilində sıx əməkdaşlıq əlaqələri qurmuşlar. O, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulamışdır.
İclasda MDB-nin 20 illik yubileyi ərəfəsində İnformasiya Şurasının fəaliyyəti, MDB-nin internet portalının inkişaf planları müzakirə edilmiş, “MDB-nin 20 illiyi” ilə bağlı fotosərgi barədə məlumat verilmişdir.
Bundan əlavə, tədbirdə AzərTAc-ın MDB jurnalistləri arasında “Tarixi-mədəni irsin – maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunub saxlanması” mövzusunda keçirdiyi müsabiqənin gedişi barədə agentliyin rus dilində baş redaksiyasının baş redaktoru Tamilla Nuriyevanın hesabatı dinlənilmişdir.