Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı gördüyü işlər təhlil olunmuşdur
 
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov “Kabar” Milli İnformasiya Agentliyində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı mətbuat konfransı keçirmişdir.
Nüsrət Məmmədov ölkələrimiz arasında əməkdaşlığın inkişafı haqqında geniş məlumat vermiş, humanitar sahədə əlaqələrin genişləndiyini bildirmişdir. O qeyd etmişdir ki, elə bu günlərdə “Kabar” agentliyində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” adlı böyük həcmli material hissə-hissə çap edilmişdir. Bu məqalədə ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin daxili və xarici siyasəti, iqtisadi islahatlar sahəsində gördüyü işlər və digər məsələlər əks etdirilmişdir.
Onun sözlərinə görə, indiyədək fondun təşkilatçılığı ilə Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı Bişkekdə qırğız, rus və ingilis dillərində 27 kitab nəşr olunmuşdur. Onların arasında “Prezident İlham Əliyev” çoxcildliyinin birinci cildi (rus dilində), akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi” (rus və qırğız dillərində), Mir Cəlalın 3 cildlik “Seçilmiş əsərləri”, (qırğız dilində), “Azərbaycan XVIII-XIX əsrlərdə” (rus dilində) və digər nəşrlər vardır. Bu kitablar Orta Asiya dövlətləri və Qazaxıstanda yayılmışdır.
N.Məmmədov bildirmişdir ki, bu yaxınlarda “Prezident İlham Əliyev” çoxcildliyinin ikinci cildi, “Osman İmperiyası” (qırğız dilində), “Çingiz Aytmatov: mən Manas oğluyam” (qırğız dilində), “Azərbaycan mətbəxi” (rus və ingilis dillərində), beş kitabdan ibarət “Azərbaycan xalq nağılları” (qırğız dilində) kitabları çapdan çıxacaqdır.