Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın sürətli inkişafı məndə böyük təəssürat yaratmışdır

Azərbaycanın sürətli inkişafı məndə böyük təəssürat yaratmışdır.
AzərTAc xəbər verir ki, bu sözləri Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunda iştirak edən MDB İcraiyyə Komitəsinin analitik informasiya departamentinin direktoru Aleksandr Zavarzin demişdir.
Azərbaycana ilk dəfə gəldiyini bildirən A.Zavarzin ölkəmizdə böyük inkişafın şahidi olduğunu demişdir. O bildirmişdir ki, qısa bir vaxtda həm bu ölkə, həm də Azərbaycan vətəndaşları məndə böyük təəssürat yaratmışdır.
A.Zavarzin Beynəlxalq Humanitar Forumda Azərbaycan Prezidenti İlham Əliyevin nitqini yüksək qiymətləndirmişdir. Qonaq qeyd etmişdir ki, Azərbaycan Prezidentinin bu nitqi Forumun miqyasının gələcəkdə daha da genişlənməsinə səbəb olacaqdır. Bu nitq həm də dünya ölkələrinin bir araya gəlməsi üçün tarixi bir mesajdır.







Bakı Şərq və Avropa mədəniyyətinin mərkəzidir

Bakı Şərq və Avropa mədəniyyətinin mərkəzidir.
Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiyanın İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman AzərTAc-a müsahibəsində demişdir.
Doğma şəhərinə gəlməyindən şad olduğunu deyən M.Qusman qarşılıqlı anlaşma, mövqelərin yaxınlaşması baxımından Forumun əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumu çox ciddi bir tədbirdir və Forumda dünyanın bir çox ölkələrindən tanınmış insanlar iştirak edirlər.
M.Qusman demişdir: “Foruma ev sahibliyi edən Azərbaycanda belə tədbirlər artıq ənənə hal almışdır. Belə tədbirlərin daha da intensiv olaraq Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edəcəkdir. Çünki Azərbaycan artıq dünya mədəniyyətinin mərkəzidir”.

 

 

 

 

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
AzərTAc xəbər verir ki, bu sözləri Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunda iştirak edən Türkiyə Böyük Millət Məclisinin deputatı, tarixçi alim Yusuf Xəlləcoğlu demişdir.
Azərbaycana hər səfərindən daha böyük bir irəliləyiş və inkişafla qarşılaşdığını deyən türkiyəli qonaq bildirmişdir ki, ölkəmiz siyasi və iqtisadi baxımdan dünyanın inkişaf etmiş ölkələri sırasındadır.
Bakı Humanitar Forumunun əhəmiyyətindən danışan türkiyəli deputat, belə tədbirlərin bu gün çox vacib olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Beynəlxalq Forumun Bakıda keçirilməsi Azərbaycanın humanitar sahədə əlaqələrinin daha da genişlənməsinə və inkişaf etməsinə öz töhfəsini verəcəkdir.