Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Rəcəb Tayyib Ərdoğan, Abdolbari Goozal və bir qəzet

 

Azərbaycan mətbuatında dəqiqləşdirilməmiş informasiyalara tez-tez rast gəlinir. Belə informasiyalara qərəz də qatılanda oxucu çaşqınlıq içərisində qalır.

KİV-in sadə formulu var: Həqiqətin tapılmasına xidmət etmək. Bəs həqiqətin azdırılması, ört-basdır edilməsi nəyin formuludur? Hələlik bu sualın cavabını açıq saxlayırıq. Və adını çəkmək istəmədiyimiz qəzetlərin birində dərc olunan informasiyanın bir həftə sonra necə dezinformasiyaya çevrildiyinə diqqəti çəkmək istəyirik.

Həmin qəzetdən oxuduq ki, “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozalin Türkiyə hakimiyyəti ilə problemləri çıxıb. İfadəni olduğu kimi yazaq: “Abdolbari Goozalin qələmi qırıldı”, türkiyəli iş adamı Abdolbari Goozala məxsus DİA Holdinqin Binə hava limanındakı apardığı tikinti işləri dayandırılıb və şirkət layihədən kənarlaşdırılıb.” Səbəb isə şirkətin PKK-nı dəstəkləməsi imiş. “Yonulmamış” cümlənin etik tərkibini analiz etməkdən uzaq duraraq onu qeyd edək ki, “Azərsun Holdinq” Azərbaycanın qeyri-neft sektorunda aparıcı müəssisələrdəndir. Şirkətə məxsus müəssisələrdə minlərlə iş yerlərinin mövcudluğu isə hamıya məlumdur.

“Qırxı çıxmamış” daha bir yalan xəbər isə DİA Holdinq barədə oldu. Yenə həmin qəzetdə. Bu dəfə isə “DİA Holdinq” PKK –nı dəstəklədiyinə görə ölkədən çıxarılırmış. Həm də Türkiyə başbakanının tələbi ilə…?! Gülüncdür deyilmi?! Azərbaycanda inşa olunan və hələ bundan sonra bəlkə 50 il populyarlığını itirməyəcək 4 tikinti layihəsi (Heydər Əliyev Mərkəzi, Şahdağ yay-qış turizm mərkəzi, Flame Tower və Heydər Əliyev Beynəlxalq Hava Limanı) məhz DİA holdinq tərəfindən inşa olunmaqdadır.

Gələk məlum, məşum xəbərlərin bir həftə sonra baş verən hadisə ilə təkzibinə. Dünən xəbər yayıldı ki, “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Cankaya” köşkündə baş tutan görüşdə Somaliyə Yardım Kampaniyasının üzvü olan “Azersun Holdinq”in rəhbəri Abdulbari Gözələ təşəkkür edib.

Görüşdə həmçinin  Somalidəki vəziyyət müzakirə olunub, orada yaşayan insanların problemlərinin həll olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Elə bu xəbər yayımlanan gün maraq məni boğduğundan DİA Holdinqə telefon açdım. Xeyli gözlədikdən sonra isə DİA Holdinq rəsmisi Akif Musayev suallarımı cavablandırdı. Və nəhayət bildirdi ki, hava limanı tikintisi çoxmərhələlidir. Hal-hazırda birinci faza başa çatmışdır. DİA Holdinq hava limanı layihəsində növbəti mərhələnin tikintisində iştirak etmək üçün sənədlərini təqdim edib. Digər 3 tikinti layihəsində (Heydər Əliyev Mərkəzi, Şahdağ yay-qış turizm kompleksi və Flame Tower) isə işlər tam gücü ilə davam edir və hər gün xəbərlərdən də görünür ki, həyata keçirdiyimiz layihələr ictimaiyyətin diqqətindədir.

Bu qədər. Gələn görüşlərədək deməyə ehtiyac yoxdur. Kaş ki, belə gələn görüşlər olmasın. Yoxsa hansısa jurnalist etikasından uzaq “jurnalist”in hansısa şirkətdən olan umacağını qoparda bilməməsinə görə, heç kəs nəyin doğru nəyin yalan olmasına inanmayacaq.


Seymur Yunusov