Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Milli Məclisin payız sessiyası keçirilmişdir

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclası keçirilmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq sessiyanın başlaması münasibətilə deputatları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
O.Əsədov demişdir ki, Milli Məclis 2011-ci ilin yaz və növbədənkənar sessiyalarında parlamentin 14 iclası keçirilmiş, 139 qanun və qərar qəbul edilmişdir. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulmuş qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.
Azərbaycan parlamentinin iştirakı ilə AVRONEST Parlament Assambleyası təsis edilmişdir. Assambleyasının ikinci plenar iclası gələn ilin aprelində Bakıda keçiriləcəkdir.
İki gün öncə Milli Məclisin ev sahibliyi ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 37-ci iclası olmuşdur. Bir neçə gündən sonra, MDB PA-nın hüquq məsələləri daimi komissiyasının iclası, eyni zamanda, beynəlxalq müşahidəçilər üçün “Demokratiya və vətəndaşların seçki hüquqları” mövzusunda seminar keçiriləcəkdir. Oktyabrda Milli Məclisin binasında GUAM Parlament Assambleyasının və Baltik Assambleyasının birgə təşkilatçılığı ilə “Sərhədlər üzərindən əlaqələrin qurulması” adlı beynəlxalq konfrans, noyabrda Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq əlaqələr komissiyasının, dekabrın əvvəllərində isə AŞPA-nın Qadın və kişilər üçün bərabər imkanlar Komitəsinin iclasları keçiriləcəkdir.
O.Əsədov vurğulamışdır ki, ötən sessiyalarda parlamentin səmərəli işləməsi payız sessiyasında qanunvericilik fəaliyyətinin uğurlu olmasına əlverişli zəmin yaratmışdır. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən təqdim ediləcəkdir.
Payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsinə və büdcə zərfinə daxil olan digər sənədlərə də münasibət bildiriləcəkdir.
Sonra iclasın gündəliyi və Milli Məclisin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, qanunvericilik işləri planında kifayət qədər mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması əksini tapmışdır.
Bununla yanaşı, deputatlar dövlət sirrinin qorunması ilə bağlı hüquqi bazanın möhkəmləndirilməsini, səhiyyə sahəsində qanunvericiliyin yenilənməsini, ictimai baxışdan sonra “Siyasi partiyalar haqqında” qanunun da parlamentdə müzakirəyə çıxarılmasını, təhsil sahəsində yeni layihələrin hazırlanması prosesinin sürətləndirilməsini təklif etmişlər.
Müzakirələr başa çatdıqdan sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi başlanmışdır.
Əvvəlcə “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında” Birgə Bəyanatının və “Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı”nın təsdiqinə dair qanun layihələrinə baxılmışdır.
Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədlər barədə məlumat vermişdir. O demişdir ki, hər iki sənəd Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Bu sənədlər iki dost xalq arasında strateji əməkdaşlığın yeni mərhələsini özündə ehtiva edir. Bu sənədlər başqa ölkələr üçün də nümunə ola bilər.
Deputatlar “Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı”nı, Azərbaycan və Belarus hökumətləri arasında təhsil sənədlərinin qarşılıqlı tanınması və diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması ilə bağlı sazişləri, Azərbaycan və İspaniya arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğvi ilə bağlı Sazişi, həmçinin Yunanıstan, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Sloveniya ilə imzalanmış hökumətlərarası sənədləri təsdiqləmişlər.
Çıxışlar zamanı bu sənədlərin Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, eləcə də iqtisadi, ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayacağı xüsusi vurğulanmışdır.
Axşam iclasında deputatlar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklikləri müzakirə etmişlər. Məlumat verilmişdir ki, hər iki məcəlləyə qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə məsuliyyət müəyyən edən maddələr əlavə olunur.
Mülki Məcəlləyə əlavə olunan yeni maddədə isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslar dəqiqləşdirilmişdir. Hər üç məcəlləyə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilmişdir.
İclasda, həmçinin “Konstitusiya Məhkəməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlara əlavələr və dəyişikliklər olunmuşdur. Bildirilmişdir ki, bu dəyişikliklər ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsinə xidmət edir.
İş gününün sonunda deputatlar Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında qanun qəbul etmişlər.
Bununla da Milli Məclisin payız sessiyasının birinci iclası başa çatmışdır.