Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Sumqayıt intensiv inkişaf edir, daha da gözəlləşir
 
Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç AzərTAc-ın müxbiri ilə söhbətində demişdir: “Sumqayıtda Şəhər günü uğurlu oldu. Çox gözəl təşkil olunmuş bu bayramın yüksək səviyyəsi məni heyran etdi. Təşkilatçıların zəhməti hədər olmadı. Kütləvi miqyaslı bayram tədbiri bizi sevindirir. Bu gün Sumqayıt intensiv inkişaf edir, daha da gözəlləşir”.
Şəhər günü münasibətilə şənlikləri müşahidə edən diplomat Sumqayıtın dinamik inkişaf etdiyini vurğulamışdır. Respublika rəhbərliyinin Sumqayıtı ölkənin müasir sənaye mərkəzinə çevirmək siyasəti şəhərdə uğurla həyata keçirilir. Elm tutumlu müasir innovasiya texnologiyalarının tətbiq edilməsi üçün çox iş görülür. Nisbətən qısa müddətdə burada nadir istehsal kompleksi – texnopark yaradılmışdır.
Belarus səfiri demişdir: “Sumqayıtda olmaq mənə xoşdur. O, Belarusun Mogilyov şəhəri ilə ticari-iqtisadi, elmi-texniki və mədəni münasibətlərin inkişaf etdirilməsi haqqında saziş bağlamış ilk Azərbaycan şəhərlərindən biridir. Son dörd ildə onlar qardaşlaşma telləri ilə sıx bağlanmışdır. Bu iki şəhər arasında nümayəndə heyətlərinin mübadiləsi aparılmış, onlar bir-birinin tarixi və iqtisadi inkişafı ilə tanış olmuşlar”.