Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Türkiyə və İsrail münasibətlərində yaranan böhran regionun bütün ölkələrinə təsirsiz ötüşməyəcək. Ekspertlər hesab edir ki, bu addımla ərəb ölkələri və İran Türkiyəyə daha çox rəğbət bəsləməyə başlayacaq. Amma eyni sözləri yəhudi lobbisinin bir çox hallarda söz sahibi olduğu bir sıra qərb ölkələri və Birləşmiş Ştatlar haqqında demək çətindir. Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi daha da qəlizləşə bilər və ən əsası rəsmi Ankaranın ehtiyatlandığı qondarma erməni soyqırımının Amerika konqressində tanınması məsələsi, indiyədək buna qarşı olan yəhudi lobbissinin bu dəfə mövqeyini dəyişməsi ilə reallaşa bilər.

Baxmayaraq ki, bir sıra ekspertlər, o cümlədən politoloq Rasim Musabəyov bunun təmamilə əksini düşünür: "Türkiyə ABŞ-la münasibətlərində kifayət qədər arxayındır. Anlayır və onu da bilir ki, o oyunlar ki, qondarma soyqırımla bağlı daha çox demokrat admininstrasiyası həyata keçirir. Bu gün konqresdə çoxluq respublikaçılırı keçib, hansılır ki, Türkiyənin bölgədə strateji əhəmiyyətini kifayət qədər anlıyırlar".

Ankara ilə Tel-Əviv arasında münasibətlərin gərginləşməsi hər iki ölkə ilə sıx strateji hərbi əməkdaşlığı olan Azərbaycan üçün də əlavə problemlər yaradacağı ehtimal olunur. İki müttəfiq arasındakı ciddi fikir ayrılığı rəsmi Bakını müəyyən siyasi qərarlarının qəbulunda çətin vəziyyətə sala bilər. Buna baxmayaraq, millət vəkili Rasim Musabəyov düşünür ki, rəsmi Bakı hər iki ölkə ilə münasibətlərində əvvəlki səviyyəni saxlamalı və əlaqələrini kifayət qədər balanslaşdırmalıdır.

"Azərbaycan İsraillə öz münasibətlərini davam edir. Əməkdalığını genişləndirir. Heç də mütləq deyil ki, münasibətlərdə Türkiyənin arxasınca sürünsün. Bizim İsraillə öz münasibətlərimiz var və o münasibətlər davam edəcək",- deyə politoloq Rasim Musabəyov vurğulayır.

Tanınmış ekspert proqnozlarını həm də onunla əsaslandırır ki, Ankara ilə Tel-Əviv arasında münasibətlər əvvəl-axır normal məcraya qayıdacaq. O, ehtimal edir ki, bu ölkələr arasında strateji tərəfdaşlıq tezliklə əvvəlki səviyyəyə çıxmasa da normallaşacaq.