Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Məlum olduğu kimi, bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının Sammiti keçirilir. Sammitdə Azərbaycanı Baş nazir Artur Rasizadə təmsil edir.

"Regnum" informasiya agentliyinin məlumatına görə, sammitdə çıxış edən Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, keçmiş SSRİ məkanında MDB-yə alternativ yoxdur. O həmçinin MDB-dən olan müşahidəçilərin referendum və seçkilərdəki əhəmiyyətini qeyd edib. "Bizim ölkələrdə tez-tez müxtəlif seçkilər keçirilir. Qeyd etmək istəyirəm ki, ATƏT-in müşahidəçilərinin fəaliyyəti siyasiləşdirilib və ikili standartlar üzərində qurulub. Bizim isə MDB-dən olan missiyamız var, onların dəqiq normativ fəaliyyət bazası var", deyə Medvedev əlavə edib.


Azərbaycanın baş naziri Artur Rasi-zadə iştirakçıların diqqətini MDB ölkələrində həll olunmamış münaqişələrə yönəldib. Bu mövzunu daha sonra Ermənistan prezidenti Serk Sarkisyan davam etdirib. O bildirib ki, Dağlıq Qarabağ qanuni öz müqəddaratını təyin etmə hüququndan istifadə edərək "müstəqillik" əldə edib.


Moldova prezidenti vəzifələrini müvəqqəti icra edən Marian Lupu da Dnestryanı problemlərin həll olunmamasına diqqət çəkib.


İclasında sonunda Azərbaycanın baş naziri Artur Rasi-zadə əlavə söz üçün icazə istəyib:


"Buna məni Ermənistan prezidentinin çıxışı məcbur etdi. O, Dağlıq Qarabağ münaqişəsini elə ifadə etdi ki, elə bu saat sammitdə Dağlıq Qarabağın müstəqilliyi üçün səs vermək olar. Mən bu problem haqqında çox danışa bilərəm, amma yubiley sammitinin əhvalını pozmaq istəmirəm. Yalnız onu xatırlatmaq istəyirəm ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın nəzarəti altındadır, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisini tərk etməli olduğu barədə dörd qətnaməsi var. Ermənistan prezidentinin bəyanatı bir daha Ermənistanın problemin həllinə qeyri-konstruktiv yanaşmasını sübut edir", - deyə Rasi-zadə vurğulayıb.