Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Xarici ölkələrin BMT yanında daimi nümayəndələri Azərbaycanın
Baş naziri Artur Rasizadə ilə görüşmüşlər

Bakıda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri avqustun 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşlər.
Qonaqları səmimi salamlayan Baş nazir BMT çərçivəsində fəaliyyət göstərən səfirlərin Azərbaycanda olmasının böyük əhəmiyyətini qeyd etmişdir.
A.Rasizadə bu səfərin diplomatlara Azərbaycan haqqında dolğun məlumat əldə etməyə imkan verəcəyinə, səfirlərin BMT-nin iclaslarında Azərbaycan ilə bağlı ədalətli mövqedən çıxış edəcəklərinə əmin olduğunu bildirmişdir.
Baş nazir Azərbaycanın öz xarici siyasətini ölkələrin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq normal, ikitərəfli əlaqələrin üzərində qurduğunu söyləmişdir.
Ölkəmizin bu il müstəqilliyinin 20 illiyini qeyd etdiyini deyən A.Rasizadə son 7-8 ildə Azərbaycanın yüksək iqtisadi inkişafa nail olduğunu vurğulamışdır. O demişdir ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, dövlət büdcəsi isə 10 dəfə artmış, regional əhəmiyyətli böyük infrastruktur layihələri həyata keçirilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir münaqişənin tarixi barədə ətraflı məlumat vermişdir.
Baş nazir demişdir ki, müstəqilliyinin ilk illərində ölkəmizin düşdüyü çətin vəziyyətdən istifadə edən Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz ölkəsində məcburi köçkünə çevrilmişdir. Ermənistanın işğalçı siyasəti bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən pislənilmiş, lakin bu təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə indiyədək icra olunmamışdır. A.Rasizadə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin də indiyədək nəticəsiz qaldığını söyləmişdir.
Azərbaycanın yüksək iqtisadi inkişafını vurğulayan səfirlər ölkəmizin xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə maraqlanmışlar. Səfirlər öz ölkələrinin Azərbaycan ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləmişlər.
Sonda Baş nazir A.Rasizadə səfirlərin suallarını cavablandırmışdır.