Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Londonda keçirilmiş konfranslarda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu barədə məlumat verilmişdir

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlu Londonda fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Beynəlxalq Akademiyanın “İnsan cəmiyyətinin müasir inkişaf problemləri” və “İnsan cəmiyyətinin özünütəşkil formalarının inkişafı və təşkili problemləri” mövzularında üçüncü və dördüncü beynəlxalq elmi-praktik konfranslarında iştirak etmişdir.
AzərTAc xəbər verir ki, konfranslar Akademiyanın “Elmi təhlil üzrə dünya, qitə, milli və regional birincilik” layihəsi çərçivəsində keçirilmişdir.
H.Babaoğlu tədbirlərdə “Qloballaşmanın müasir dünya siyasətinin formalaşmasına təsiri” və “Asiyadan Avropaya miqrasiya: Avrasiyada orqanik bütövlüyü, simmetrik inteqrasiyanı və millətlərarası paritet münasibətləri təmin edən amil kimi” mövzularında məruzələrlə çıxış etmişdir. Baş redaktor məruzələrində müasir dövrdə müstəqil Azərbaycanın xarici siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi prioritetlər, müstəqil aktor kimi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu, hazırda regionda və subregionda dövlətimizin strateji çəkisi və digər məsələlərdən bəhs etmişdir.
H.Babaoğlu Akademiyanın sertifikatları ilə təltif olunmuşdur. Onun məqalələri isə konfransların materiallarının dərc olunduğu topluya daxil edilmişdir. Sertifikatlar beynəlxalq elmi layihələr departamentinin rəhbəri Tomas Morqanın imzası ilə H.Babaoğluna çatdırılmışdır.