Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Erməni riyakarlığı nəticəsində Azərbaycana dəyən zərər ümumilikdə 68 milyard ABŞ dollarından çoxdur

İyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü ilə milli mətbuatımızın 136-cı ildönümünə həsr olunmuş “Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçilərinin də qatıldıqları tədbiri giriş sözü ilə açan ASRP-nin sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı “dəyirmi masa”nın əhəmiyyətindən danışmış və böyük inkişaf yolu keçmiş Azərbaycan mətbuatı ilə bağlı ürək sözlərini söyləmişdir.
Təmsil etdiyi qurumun seçilmiş mövzuya uyğun mütəmadi tədbirlər keçirdiyini və müəyyən araşdırmalar apardığını diqqətə çatdıran partiya sədri vurğulamışdır ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycana deyil, bütün region ölkələrinə və əhalisinə ciddi sosial-iqtisadi fəlakət yaratmışdır. Müharibə vəziyyətində olan ölkəmiz hər zaman erməni riyakarlığı və erməni havadarlarının saxta informasiya savaşı ilə üz-üzədir. Odur ki, belə hallara müqavimət göstərilməli və ciddi mübarizə aparılmalıdır.
X.Kazımlı demişdir ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, o cümlədən 20 il ərzində bölgədə gərginliyin saxlanılması yerli infrastrukturun dağılmasına, inkişafın qarşısının alınmasına səbəb olmuşdur, minlərlə insanı sosial-iqtisadi hüquqlarından məhrum etmişdir.
Azərbaycanın bugünkü inkişafının əsasını qoyan ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdıran natiq vurğulamışdır ki, Ali Baş Komandanın səyi və yorulmaz fəaliyyəti sayəsində torpaqlarımız tez bir zamanda düşmən tapdağından azad olunacaqdır.
Tədbirdə Azərbaycan Sosial Rifah Partiyası və Mətbuat Şurasının birgə təşəbbüsü ilə bir il bundan əvvəl təsis edilmiş Avrasiya ölkələri üzrə Beynəlxalq mətbuat və informasiya həmrəyliyi mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilmişdir.
Bildirilmişdir ki, mərkəzin yaradılmasında əsas məqsədi – dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələrin və tarixi həqiqətlərin digər ölkənin həmin qurumda təmsil olunan yerli müəlliflərinin imzası ilə mətbuat səhifələrinə çıxarılmasıdır.
Sonra çıxış edən ASRP-nin Ali Məclisinin sədri Həmid Verdixanov, professor Məmmədəli Paşayev, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və başqaları mövzu ilə bağlı fikir və təkliflərini bildirmişlər.
Diqqətə çatdırılmışdır ki, erməni riyakarlığı nəticəsində Azərbaycana dəyən zərər ümumilikdə 68 milyard ABŞ dolları təşkil edir ki, bu da Qafqaz regionunun firavan həyatı üçün 10 illərlə bəhs edərdi.
Sonda tədbir iştirakçıları adından Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat qəbul olunmuşdur.