Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Ermənistanın BMT-dəki nümayəndəsi ölkəsinin qəsbkar olduğunu etiraf etmişdir
 
Ermənistan Respublikasının BMT-dəki nümayəndəsi Karen Nazaryan iyulun 12-də qurumun Təhlükəsizlik Şurasında müzakirələr zamanı çıxış edərək aşağıdakı cümləni işlətmişdir: “Ermənistan, bizə qarşı edilmiş təcavüz nəticəsində qaçqına çevrilmiş on minlərlə insana sığınacaq vermiş ölkədir”.
Bu zaman həmin diplomat onun ölkəsinə qarşı “təcavüzün” məhz kim tərəfindən və nə zaman edildiyini dəqiqləşdirməmişdir, hərçənd aydındır ki, Azərbaycanı nəzərdə tutmuşdur.
Məlumdur ki, beynəlxalq-hüquq terminologiyasında təcavüz bir suveren dövlətin digərinə hücumu deməkdir, eyni zamanda bir termin kimi dövlətin daxili məsələlərinə şamil olunmur (məsələn, Zaqrebin 1995-ci ildə Kraynada, Tbilisinin 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatları “təcavüz” adlandırıla bilməz). Cənab Nazaryanın BMT-də erməni etnosunu deyil, ərazisində bir güllənin də atılmadığı Ermənistan Respublikasını təmsil etdiyini nəzərə alsaq, onda diplomatın barəsində “bizə qarşı” ifadəsini işlətdiyi ölkəyə qarşı Azərbaycan heç cür təcavüz həyata keçirə bilməz. Yox əgər o, Azərbaycanın və Ermənistanın silahlı qüvvələri arasında beynəlxalq səviyyədə birincinin ərazisi sayılmış Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon uğrunda aparılan döyüş əməliyyatlarını “bizə qarşı təcavüz” adlandırırsa, onda inciməyin, bu ya Ermənistanın Azərbaycana qarşı təcavüzüdür, ya da Yerevan diplomatının Dağlıq Qarabağı açıq şəkildə öz dövlətinin tərkib hissəsi kimi tanıması (yalnız bu halda onun “bizə qarşı “ ifadəsini başa düşmək olar) deməkdir. İstənilən halda erməni deputatı öz ölkəsini açıq surətdə əsas münaqişə tərəfi kimi tanıyır, Azərbaycan və Dağlıq Qarabağ arasında münaqişə barəsində təbliğat xarakterli əsassız tezisi yerlə-yeksan edir və rəsmi Yerevanın millətin öz müqəddəratını təyin etməsi hüququnun müdafiəsi ilə heç bir əlaqəsi olmayan qəsbkar siyasətini ifşa edir.
Bir sözlə, erməni diplomatları yenə də cəfəng danışıb, səriştəsiz olduqlarını bir daha nümayiş etdirmişlər.