Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT PA-nın sədri
Petros Eftimiuya müraciət etmişdir
 
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ermənilərin əli ilə Tovuz rayonunun Əlibəyli kəndində baş vermiş faciə ilə əlaqədar ATƏT PA-nın sədri Petros Eftimiuya və onun Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşə məktubla müraciət etmişdir.
Müraciətdə deyilir ki, ATƏT PA-nın “ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc” mövzusunda ötən həftə Belqradda keçirilmiş yay sessiyasında həlli uzanmış münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer aldığı Belqrad Bəyannaməsinin mürəkkəbi qurumamış, Ermənistan tərəfi yenə də pozucu addımlar atır.
Artıq bildiyiniz kimi, Ermənistanın törətdiyi vəhşilik nəticəsində Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Şahmalıyeva Aygün həyatını itirmişdir.
Danışıqlar prosesinin intensivləşdiyi, Minsk qrupu həmsədrlərinin regiona səfəri və iki ölkənin xalqları arasında etimadın yaradılması istiqamətində səylərin müzakirə olunduğu bir vaxtda, partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə yetirilməsinə yönələn çirkin siyasətini aparmaqda davam edir.
Məktubun sonunda deyilir ki, baş vermiş bu faciəli hadisədən dərin narahatçılığımızı ifadə edir, məsələyə münasibət bildirməyinizi Sizdən xahiş edirik.