Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
“İki sahil” qəzetinin 20 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

İyulun 12-də Azərbaycan Mətbuat Şurasında “Azərbaycanın sosial-iqtisadi həyatı və “İki sahil” qəzeti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, “İki sahil” qəzetinin 20 illiyinə həsr olunmuş tədbirdə ölkənin tanınmış ziyalıları, media mütəxəssisləri, müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-lərin rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetin yaradıcı heyətini yubiley münasibətilə təbrik etmiş, “İki sahil”in yaranma tarixindən danışmışdır.
Respublika mətbuat ailəsinin bir üzvü kimi qəzetin tutduğu əsas istiqamətin ölkəmiz üçün ən çətin günlərdə - 1991-ci ildə başladığını bildirən şura sədri “İki sahil” in media məkanındakı bugünkü uğurunu xüsusi vurğulamışdır. “İki sahil” qəzetinin fəaliyyətə başladığı ilk gündən indiyədək səhifələrində Azərbaycanın tanınmış ziyalılarına, ictimai-siyasi fikrə təsir göstərən şəxsiyyətlərə yer verdiyini qeyd edən Ə.Amaşov “İki sahil”in yaradıcı kollektivinə uğurlar diləmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qəzetin yarandığı illərdən söhbət açmış, o çətin günlərdən bu günədək mövqe və məqsədini heç zaman dəyişməyən “İki sahil”in bütün əməkdaşlarının zəhmətini yüksək qiymətləndirdiyini bildirmişdir. O demişdir ki, “İki sahil”in əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, onun qorunub möhkəmlənməsi uğrunda aparılan mübarizəyə qələmin, sözün gücü ilə kömək etmək, ölkənin qarşısında duran ağır problemlərin aradan qaldırılması uğrunda ölüm-qalım mübarizəsinə qoşulmuş insanların fəaliyyətini dolğun və obyektiv yazılarla işıqlandırmaq olmuşdur. Baş redaktor Vüqar Rəhimzadənin bu sahədəki fədakarlığını xüsusi vurğulayan V.Səfərli demişdir ki, qəzetin Azərbaycan mətbuatında önəmli bir mövqeyə sahib olmasının səbəbi də onun əməyinin nəticəsidir.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov da qəzetin 20 illiyi münasibətilə bütün yaradıcı kollektivi təbrik etmişdir. O bildirmişdir ki, qəzet fəaliyyətə başladığı ilk gündən görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi kursunu dəstəkləyən bir tribunaya çevrilmişdir. B.Sadıqov demişdir ki, “İki sahil”in keçdiyi yol dövlət müstəqilliyinin 20 ilinin tarixidir və bu tarix uğurla davam edəcəkdir.
“Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz, Milli Məclisin deputatı Musa Qasımlı və başqa çıxış edənlər də qəzetin mətbuatımızdakı mövqeyindən və rolundan danışmışlar.
Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirmişdir ki, ötən 20 illik fəaliyyəti ərzində zəngin yaradıcılıq, peşəkarlıq qabiliyyətinə malik olan kollektiv Azərbaycan dövlətinə və xalqına daim sevgi və sədaqətlə xidmət göstərdiyini açıq nümayiş etdirmişdir. O qeyd etmişdir ki, qəzet öz fəaliyyətində azərbaycançılıq, türkçülük, müasirlik ideyalarının müvəffəqiyyətlə təbliğ olunmasına müxtəlif dövlətin tərkibində yaşayan azərbaycanlıların problemlərinin işıqlandırılmasına, milli birliyin və vəhdətin yaranmasına xidmət etmişdir.
Baş redaktor diqqətə çatdırmışdır ki, “İki sahil” qəzetinin ölkənin ağır illərində fəaliyyətindən bəhs edən Azərbaycanın xilaskarı, ulu öndər Heydər Əliyev bildirmişdir: “Mən hesab edirəm ki, “İki sahil” qəzeti çox iş görmüşdür. O vaxt bu qəzet çox cəsarətli yazılar verirdi. Biz Naxçıvanda blokada şəraitində yaşadığımız dövrdə Vüqar Rəhimzadə tez-tez Naxçıvana gələrdi və hələ Yeni Azərbaycan Partiyası yaranandan xeyli əvvəl Naxçıvanın problemləri, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının fikirlərini dərc etməklə yaxşı fəaliyyət göstərərdi, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm”.
Qəzetin kollektivinin söz və mətbuat azadlığında vicdanla fəaliyyət göstərdiyini vurğulayan V.Rəhimzadə tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirmişdir.