Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Sinan Oğan: Azərbaycan Prezidenti İlham Əliyevin məni “Tərəqqi”
medalı ilə təltif etməsi böyük qürur mənbəyi olmuşdur
 
Türkiyənin millət vəkili Sinan Oğan AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, mənim üçün iki Vətəndən biri olan qardaş Azərbaycanın “Tərəqqi” medalına layiq görülmək və Azərbaycan Prezidenti İlham Əliyevin məni bu dövlət mükafatı ilə təltif etməsi böyük qürur mənbəyi olmuşdur.
Onun sözlərinə görə, Türkiyənin deputatları və ictimai-siyasi xadimləri arasında Avropa ölkələrinin dövlət mükafatlarını alanlar çoxdur. Lakin qardaş Azərbaycanın, habelə digər türk dövlətlərinin orden və medallarına layiq görülmək daha şərəflidir. Bizim Azərbaycana sevgimiz tam təmənnasız olsa da, bu cür əlamətdar hadisələr həyatımızın unudulmaz səhifələrindən olacaqdır. Bu mükafat, eyni zamanda, üzərimizə məsuliyyət də qoymuşdur. Azərbaycanın mənafeyi naminə bundan sonrakı fəaliyyətimizdə də daha səylə çalışacağıq.
Mükafatların təqdimatı mərasimində çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mənim Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri kimi fəaliyyətimlə yaxından maraqlandığını, bölgənin ən yaxşı siyasi ekspertlərindən biri olduğumu söylədi. Millət vəkili seçilməyim münasibətilə təbriklərini də dilə gətirən akademik Ramiz Mehdiyev Türkiyə-Azərbaycan Dərnəyinin də sədri kimi Azərbaycanın Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində səylərimizi də təqdir etdiyini bildirdi.
Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III qurultayı ilə bağlı təəssüratlarını da paylaşan Sinan Oğan demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diaspor fəaliyyətinə verdiyi xüsusi əhəmiyyət böyük uzaqgörənliyin nəticəsidir. Çünki diaspor təşkilatları və lobbilərin fəaliyyəti bir çox hallarda dövlət orqanlarının fəaliyyətindən də üstündür. Xalq diplomatiyası ilə bir çox mürəkkəb problemlər öz həllini tapır. Üçüncü qurultay əməli işlərin başlanğıc nöqtəsi olmuşdur. Əvvəlki qurultaylarda daha çox təşkilatlanma məsələləri önə çıxsa da, bu forumda konkret vəzifələr müzakirə olunmuşdur. Biz Prezident İlham Əliyevin “bir millətin iki diasporu olmaz” kəlamını rəhbər tutaraq, ortaq türk diasporunun yaradılması prosesini sürətləndirməliyik. Digər türkdilli ölkələrin diaspor təşkilatlarını da bu işə cəlb etməklə Azərbaycanın Dağlıq Qarabağ problemi başda olmaqla bütün məsələlərinin həllinə, habelə ölkənin dünyada daha yaxşı tanıdılmasına nail olmalıyıq.