Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Romanın tarixi Rondini sarayında “Dağlıq Qarabağ üzrə danışıqların gələcəyi”
mövzusunda konfrans keçirilmişdir
 
İyulun 11-də beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Roma şəhərindəki tarixi Rondini sarayında “Dağlıq Qarabağ üzrə danışıqların gələcəyi” mövzusunda konfrans keçirmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən  bildirmişlər ki, tədbiri BMİ-nin direktoru professor Ettore Qreko açmışdır. Daha sonra BMİ direktorunun müavini xanım Natali Toççi, Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə, Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut məruzələrlə çıxış etmişlər.
Milan Katolik Universitetinin professoru xanım Valeria Piaçentini isə tədbirin aparıcısı olmuşdur.
Konfrans zamanı məruzəçilər tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və bu mövzu ilə əlaqədar geniş müzakirələr aparılmışdır.
Müzakirələr zamanı çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov münaqişə ilə bağlı ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
“Dağlıq Qarabağ üzrə danışıqların gələcəyi” mövzusunda konfrans BMİ-nin Azərbaycanla bağlı keçirməyi planlaşdırdığı silsilə tədbirlərin birincisidir. Cari il ərzində BMİ tərəfindən enerji təhlükəsizliyi, iqtisadi məsələlər, vətəndaş cəmiyyəti və demokratikləşmə məsələlərinə həsr ediləcək digər konfransların da keçirilməsi nəzərdə tutulur.