Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Buxarestdə ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada ulu öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir

Rumıniyanın hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında görüş keçirilmişdir.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov səfərin Azərbaycan və Rumıniya arasında dostluğun möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulamış, və demişdir ki, qarşılıqlı səfərlər əlaqələrin dairəsinin genişləndiyini və həyatımızın bütün sahələrinə nüfuz etdiyini göstərir. Bu, xalq diplomatiyasının təzahürüdür. Rumıniyanın və Azərbaycanın hakim partiyaları arasında əlaqələrin dərinləşməsi ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı fonunda baş verir. Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Bakıda isə görkəmli rumın bəstəkarı Corce Eneskunun abidələrinin ucaldılması xalqlarımız arasındakı bu münasibətlərin yüksək səviyyəsini göstərir.
Ə.Əhmədov qeyd etmişdir ki, rumın nümayəndə heyətinin tərkibində siyasətçilərlə yanaşı, tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinin də Azərbaycana gəlməsi ölkələrimiz arasında bu sahələrdə münasibətlərimizin inkişafında xüsusi rol oynayacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən YAP sədrinin müavini Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və münaqişənin həllinə ədalətli mövqedən yaxınlaşdığına görə rəsmi Buxarestə və rumın xalqına təşəkkürünü bildirmişdir.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu Azərbaycanın son illər ərzində bütün sahələrlə əldə etdiyi sürətli inkişafdan məmnun olduqlarını diqqətə çatdırmışdır. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan qonaq, ölkələrimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmişdir. Bildirmişdir ki, Buxarestdə ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada ulu öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir.
Qonaq demişdir ki, Azərbaycanın və Rumıniyanın bir çox mühüm layihələrdə iştirakı, AGRİ layihəsinin həyata keçirilməsi prezidentlər İlham Əliyevin və Trayan Beseskunun şəxsi dostluğuna əsaslanan münasibətlərimizin yüksək inkişafının nəticəsidir.
Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xüsusi vurğulayan N.Ontsanu bildirmişdir ki, Rumıniya bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilmişdir.