Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları pulların satışının dayandırılmasını tələb etmişdir

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları dəmir pulların satışının dayandırılması ilə əlaqədar Almaniyada fəaliyyət göstərən tanınmış “Ebay”, “Emuenzen” və “Pfalzmuenzen” şirkətlərinə etiraz məktubu göndərmişdir.
Bir neçə gün bundan əvvəl Mərkəzi Şuranın rəhbəri qeyd edilən şirkətlərin saytlarında ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları xırda pulların satışına dair elanın şahidi olmuşdur. 1 - 5 dram, 50 luma dəyərlərində olan pulların üzərində ingilis dilində “Nagorno-Karabakh Republic”, erməni dilində “Dağlıq Qarabağ Respublikası” və zərfin üzərində almanca “Nagornz Karabach” sözləri yazılmışdır. Pulların üzərində, həmçinin Dağlıq Qarabağın Ermənistana aid olduğu, Qarabağ dramının 2005-ci ildən istifadəyə verilərək Ermənistan dramı ilə birə-bir dəyişdirilə bilməsi haqqında ayrıca məlumat verilmişdir.
Məsələ ilə bağlı Mərkəzi Şuranın etiraz məktubunda bildirilir ki, ermənilərin bu hərəkəti alman xalqına və numizmatlara yanlış məlumatların verilməsinə, iki ölkə arasında gərginliyin daha da artmasına xidmət edir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidverici addımların atıldığı bir vaxtda numizmatika yolu ilə belə bir çirkin siyasətin aparılması yolverilməzdir.
Etiraz məktubunda Dağlıq Qarabağa aid buraxılan pulların satışının dayandırılması və internet saytlarından çıxarılması tələb olunmuşdur.