Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Avropa ölkələri qlobal maliyyə böhranından əziyyət çəkdiyi halda
Azərbaycanın dinamik inkişafı davam edir

Avropa ölkələri qlobal maliyyə böhranından əziyyət çəkdiyi halda, Azərbaycanın dinamik inkişafı davam edir. Bu da Azərbaycanın müttəfiqi və sadiq dostu olan Rumıniyanı çox sevindirir.
Bu sözləri jurnalistlərə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu söyləmişdir.
N. Ontsanu demişdir: “Bakıda iki il əvvəl olmuşam. Ötən müddət ərzində paytaxt və regionlar çox inkişaf etmişdir. Bütün bunlar müasir, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına çox az təsir göstərmişdir. Bütün bunlar bizi dinamik inkişaf edir”.
Qonaq xüsusi vurğulamışdır ki, Rumıniya bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu fikri Rumıniya Prezidenti də müxtəlif görüşlərdə bəyan etmişdir.