Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan ziyalıları diaspor quruculuğu prosesinə daha fəal qoşulmağa başlamışlar

Bu gün artıq Dünya azərbaycanlılarının III qurultayı keçirilir. Çox sevinirəm ki, mən də bu qurultayların ikisinin iştirakçısı olmuşam.
Bu sözləri iyulun 5-də Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı, Hyuston–Bakı Qardaşlaşmış Səhərlər Cəmiyyətinin prezidenti İradə Axundova AzərTAc-a müsahibəsində demişdir. Qonaq vurğulamışdır ki, qurultayın təşkili Azərbaycan üçün çox əhəmiyyətli hadisədir. Xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, perspektiv planları müzakirə etmələri üçün belə tədbirlər çox vacibdir.
İradə Axundova bildirmişdir ki, bundan əvvəlki iki qurultaydan sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət almış, onların ictimai-siyasi həyatda iştirak səviyyəsi yüksəlmiş, azərbaycanlı ziyalılar diaspor quruculuğu prosesinə daha fəal qoşulmağa başlamışlar.
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsimizin təbliği, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə olunmuşdur.