Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Dünyanın heç bir şəhəri qısa müddətdə Bakı qədər dəyişməmişdir
 
Dünyanın heç bir şəhəri qısa müddətdə Bakı qədər dəyişməmişdir. Mən çox şadam ki, Bakı dünyanın gözəl şəhərlərindən birinə çevrilmişdir. Azərbaycanın günbəgün artan nüfuzu, burada baş verən müsbət dəyişikliklər bizi olduqca sevindirir. Bir türk olaraq Azərbaycanda baş verənlərdən qürur duyuram və inanıram ki, regionun güclü, qüvvətli dövlətlərindən biri olan bu ölkə yaxın gələcəkdə öz artan nüfuzu sayəsində hələ çox böyük uğurlara imza atacaqdır.
Bu sözləri AzərTAc-a müsahibəsində Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı, hazırda ABŞ-da yaşayan türkiyəli professor Turker Ozdoğan demişdir.
Professor vurğulamışdır ki, Azərbaycan bayrağı ilə Türkiyə bayrağı daim yan-yana dalğalanır. Bu, bizə xüsusi güc, qüvvət verir. Artıq ikinci dəfədir ki, mən belə möhtəşəm qurultaya qatılıram və hər dəfə də burada səslənən fikir və tövsiyələrin reallığa çevrilməsi üçün inamla çalışıram.