Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
“Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında çıxışında deyib. O, bildirib ki, 5 il əvvəl 336 Azərbaycan diaspor təşkilatı olduğu halda, bu gün onları sayı 416-ya çatıb. Prezidentin sözlərinə görə, diaspor təşkilatları keyfiyyət baxımından da güclənib və öz sözlərini deməyə başlayıblar.

Dövlət başçısı çıxışında diaspor təşkilatlarına tövsiyələrini də çatdırıb: “Fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycana icmaları və diplomatik nümayəndəliklər bir olmalıdırlar. Bəzən elə hallar olur ki, ziddiyyətlər ortaya çıxır. Buna son qoyulmalıdır. Diaspor təşkilatlarının birliyi təmin olunmalıdır. Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq daha da güclü olmalıdır. Bəzən bu münasibətlər məni narahat edir. Hərə bir küncə çəkilməməlidir ki, sonra biz işə qarışaq. Diaspor təşkilatları və səfirlik bir yumruq kimi, komanda şəklidə işləməlidir”.


Prezident Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin erməni lobbisinin çirkin kampaniyasına tutarlı cavablar verdiyini vurğulayıb. “Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır”.


O qeyd edib ki, bunun üçün bütün metodlardan, o cümlədən internetdən səmərəli istifadə edilməlidir: “Bəzən Azərbaycan mətbuatının azad olmadığı barədə fikir formalaşdırılır. Necə ola bilər ki, 50 faiz internet istifadəçisi olan ölkədə mətbuat azad olmasın? Mən göstəriş vermişəm Azərbaycan xalqının tarixini, mədəniyyətini əks etdirən saytlar yaradılmalıdır”.


Prezident İ. Əliyev xaricdəki iş adamlarına da müraciət də edib: “Ətrafınızdakı azərbaycanlılara da kömək edin, şirkətlərinizdə daha çox azərbaycanlıları işə götürün. Azərbaycan dövlət şirkətlərinin xaricdəki layihələrində daha çox azərbaycanlılar işlə təmin edilməli, o ölkələrdə azərbaycanlılara məxsus şirkətlər podratçı və digər formalarda bu layihələrə cəlb olunmalıdır”.


“Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır! Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır”, deyə Azərbayacan resspublikasının prezidenti İlham Əliyev çıxışını bitirib.