Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir
 
Nazirlər Kabineti son günlər yeni qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti “Sumqayıt 2 və 4 nömrəli peşə liseylərinin birləşdirilməsi və onların bazasında Sumqayıt 10 nömrəli Peşə Liseyinin yaradılması haqqında” qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 15-ci hissəsinə uyğun olaraq və Dövlət Sosial Müdafiə Fondunun təklifini nəzərə alaraq Nazirlər Kabineti özünün 2005-ci il 23 iyun tarixli “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Hər iki qərar iyunun 22-dən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 3.1.10-cu yarımbəndinə uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetası”nın təsdiq edilməsi barədə” qərar qəbul etmişdir.
Qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərar qəbul etmişdir.
Qərar iyunun 24-dən qüvvəyə minmişdir.
“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 98-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” qərar qəbul etmişdir.
Qərar iyunun 28-dən qüvvəyə minmişdir.
“Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nın təsdiq edilməsi barədə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına və “Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli Fərmanının 5.2.2-ci yarımbəndinə əsasən Nazirlər Kabineti “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nın təsdiq edilməsi barədə” qərar qəbul etmişdir.
“Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 may tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il iyulun 1-dən
30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında” qərar qəbul etmişdir.
Hər iki qərar iyunun 30-dan qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az  ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.