Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Qırğızlar Azərbaycan xalqının uğurlarını sevinclə qarşılayırlar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 4-də Qırğız Parlamentinin sədri Axmatbek Keldibekov ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkəmizdə sürətli inkişaf prosesinin müşahidə olunduğunu vurğulayan qonaq, qardaş Azərbaycan xalqının uğurlarının Qırğız Respublikasında sevinclə qarşılandığını bildirmişdir. Xalqlarımız arasında dərin mədəni, tarixi, dini köklərin mövcud oluğunu deyən A.Keldibekov, ölkələrimizin bir-birinə dəstək olmalarının vacibliyini vurğulamış, rəsmi Bişkekin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdir.
E.Məmmədyarov ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdrilməsinin vacibliyini qeyd etmiş, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir.
Sonra tərəflər Orta Asiya və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.