Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Qırğız Respublikası dinamik inkişaf edən Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır

İyulun 4-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir Axmatbek Keldibekovun ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin gələcək inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Artur Rasizadə demişdir ki, bizə yaxın və dost ölkə olan Qırğız Respublikasında baş verən bütün hadisələr Azərbaycanda diqqətlə izlənilir.
Baş nazir ölkələrimiz arasında siyasi, mədəni, humanitar sahələrdə münasibətlərin inkişaf etdiyini, lakin iqtisadi-ticarət əlaqələrinin istənilən səviyyədə olmadığını və hər iki ölkənin potensialını əks etdirmədiyini demişdir. İqtisadi münasibətlərin inkişafı baxımından Azərbaycan-Qırğız Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyini vurğulamışdır.
Azərbaycanın enerji sektoru və ümumilikdə iqtisadiyyatı barədə məlumat verən A.Rasizadə demişdir ki, hökumət neft sərvətlərindən istifadə edərkən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. Azərbaycan hökuməti irimiqyaslı infrastruktur layihələri həyata keçirir, məktəblər, səhiyyə ocaqları, yollar inşa olunur. Mühüm layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2012-ci ilin sonunadək yekunlaşacaqdır.
Regionun inkişafına ciddi mane olan Ermənistan-Azərbaycan, Daşlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazir Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkün düşdüyünü qonağın diqqətinə çatdırmışdır. O demişdir ki, Azərbaycan dövləti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirmiş, bütün çadır düşərgələri ləğv olunmuş, onlar üçün hər cür şəraiti olan yeni qəsəbələr salınmışdır.
Baş nazir münaqişənin ədalətli həlli ilə bağlı aparılan sülh danışıqları, Azərbaycanın haqlı və ədalətli mövqeyi barədə danışmış və demişdir ki, bu münaqişə hələ də öz həllini tapmamışdır. Sülh danışıqları sonsuzluğa qədər davam edə bilməz. Bu baxımdan da Azərbaycan problemin digər yollarla həlli üstünlüyünü özündə saxlayır və istənilən vaxt torpaqlarını geri qaytarmaq iqtidarındadır.
Axmatbek Keldibekov Bakıya səfərindən məmnunluğunu ifadə etmiş və demişdir ki, ölkəsi dinamik inkişaf edən Azərbaycan ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində maraqlıdır.
O bildirmişdir ki, iqtisadi sahədə də əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq hüquqi baza mövcuddur, lakin onun reallaşması gecikir. Buna da səbəb son bir ildə Qırğız Respublikasında baş verən siyasi hadisələrdir. Qırğız Parlamentinin sədri həmin hadisələr nəticəsində xalqının öz siyasi iradəsini göstərdiyini və seçimini etdiyini söyləmişdir.
Qonaq Qırğız Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağı birmənalı şəkildə Azərbaycan ərazisi kimi tanıdığını diqqətə çatdırmışdır.