Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır

İordaniya parlamentində İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır. Bu barədə Azərbaycanın İordaniya Krallığındakı səfirliyindən bildirmişlər.
Səfirliyin birinci katibi K.Murtuzov İordaniya parlamentində dostluq qrupunun sədri S.Hadban və qrupun üzvləri ilə görüşmüşdür.
K.Murtuzov bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edildiyini bildirmiş, ötən müddət ərzində respublikamızın keçdiyi yol, əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, Azərbaycan ilə İordaniya arasındakı əməkdaşlığın mövcud vəziyyətindən danışmışdır. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan diplomat Azərbaycan Respublikasının Milli Məclisində də Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
S.Hadban iki ölkə arasında əməkdaşlığın inkişafını yüksək qiymətləndirmiş, parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır. Hər iki ölkənin ali qanunverici orqanındakı dostluq qruplarının bu əlaqələri daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Söhbət zamanı parlamentlərarası dostluq qrupları üzvlərinin qarşılıqlı səfərlərinin təşkili istiqamətində lazımi iş aparılması barədə razılıq əldə olunmuşdur.
Cənubi Qafqaz regionundakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları, Yaxın Şərq və Şimali Afrika regionunda cərəyan edən son hadisələr, İordaniyanın daxili vəziyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Görüşdə iştirak edən səfirliyinin konsulu M.Abdullayev Azərbaycanın seçki sistemi, ötən ilin noyabrında keçirilmiş parlament seçkiləri barədə iordaniyalı deputatlara məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.