Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan və Qırğız respublikaları arasındakı mehriban dostluq və qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycanda səfərdə olan Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov iyulun 4-də Milli Məclisdə olmuşdur.
Parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov qarşılamışdır.
Qırğız Parlamentinin sədri Milli Məclisin inzibati binası, iclas zalı ilə tanış olmuş, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Qonaq Milli Məclisdəki Heydər Əliyev xatirə zalı ilə də tanış olmuş, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmış, Xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Axmatbek Keldibekov Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov Azərbaycan ilə Qırğız Respublikası arasındakı əlaqələrin qədim tarixə malik olduğunu vurğulamış, hələ sovetlər birliyi dövründə elm, təhsil, mədəni sahələrdəki səmərəli əməkdaşlıqdan söz açmışdır. Milli Məclisin sədri demişdir ki, müstəqillik illərində münasibətlərimiz yeni müstəvidə daha da inkişaf etmişdir. Əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. İndiyədək ölkələrimiz arasında 20-dən çox mühüm sənəd imzalanmışdır. Bu sənədlər münasibətlərimizin inkişafı üçün hüquqi baza yaratmışdır. İnanırıq ki, sizin bu səfəriniz təkcə parlamentlərimiz arasında deyil, bütün sahələrdə əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəkdir.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu xüsusi vurğulayan O.Əsədov demişdir ki, Milli Məclisdə Qırğız Parlamenti ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ümid edirik ki, qarşı tərəfdə də belə bir qrupun yaradılması əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcəkdir.
Milli Məclisin sədri müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi problemlər, dövlətçiliyin möhkəmlənməsi, demokratiyanın inkişafı sahəsində qazandığı uğurlardan danışmışdır. Ermənistanın etnik təmizləmə siyasəti, hərbi təcavüzü barədə ətraflı məlumat verən O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Qırğız xalqına minnətdarlıq etmişdir.
O. Əsədov iqtisadi inkişafına görə Azərbaycanın MDB-də birincilər sırasında olduğunu bildirmiş, Qırğız Respublikasının da yaxın vaxtlarda yüksək sürətlə inkişaf edəcəyinə inandığını söyləmişdir.
Axmatbek Keldibekov demişdir ki, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındakı mehriban dostluq və qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlətlərimiz arasındakı münasibətlərin genişlənməsində parlamentlərin rolu böyükdür. Yaxın vaxtlarda Qırğız Parlamentində Milli Məclislə əlaqələr üzrə dostluq qrupu fəaliyyətə başlayacaqdır. Qırğız və Azərbaycan parlamentləri arasında əməkdaşlığa dair Memorandum bu sahədə münasibətlərimizi daha da möhkəmləndirəcəkdir.
Qonaq qeyd etmişdir ki, qarşıdan gələn aylarda Azərbaycan-Qırğız hökumətlərarası komissiyasının da növbəti iclası keçiriləcəkdir. İclasda iştirak etmək üçün Qırğız hökumətinin nümayəndə heyəti Bakıya gələcəkdir. İnanırıq ki, bu komissiyanın səyi nəticəsində iqtisadi-ticarət dövriyyəmiz genişlənəcəkdir.
Sonra görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin sayının artırılması, beynəlxalq əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.