Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin yay sessiyası başlamışdır

İyulun 4-də Bakı şəhərində NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) yay sessiyası öz işinə başlamışdır.
Sessiya “Yaxın Şərq düyünü: təhlükəsizlik və demokratiya” mövzusuna həsr olunmuşdur.
Yay sessiyasının açılış iclasında NATO-ya üzv və tərəfdaş olan 22 dövlətdən 50-dək dinləyici iştirak etmişdir.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahim çıxışında demişdir ki, NİSA-nın yay sessiyası hər il keçirilir. Bugünkü iclasda Yaxın Şərqdə baş verən son hadisələr müzakirə olunacaqdır. NATO-Azərbaycan münasibətlərindən danışan X.İbrahim bildirmişdir ki, artıq bizim bu beynəlxalq təşkilatla əlaqələrimiz 90-cı illər səviyyəsində deyil. Azərbaycanın NATO ilə hərbi sahədə əməkdaşlığı gündən-günə inkişaf edir. Əfqanıstandakı əməliyyatlar üçün tranzit ölkə olan Azərbaycan NATO-nun sülhməramlı qüvvələrinə əvəzsiz töhfələr vermişdir.
Azərbaycanın NATO-da təmsilçisi sessiya iştirakçılarının suallarını da cavablandırmışdır. NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı barədə suala cavab verən X. İbrahim bildirmişdir ki, danışıqlar prosesi ATƏT-in Minsk qrupunun nəzarətindədir, NATO bu prosesdə iştirak etmir. Biz həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa ilə fəal iş aparırıq. Təəssüf ki, danışıqlar hələlik nəticə verməmişdir.
Yaxın Şərqdəki son hadisələrin yaranma səbəbləri və mahiyyəti, bu regiondakı mövcud siyasi durum, beynəlxalq hüquq və digər məsələlərlə bağlı ekspertlərin məruzələri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Sessiya iyulun 9-dək davam edəcəkdir.