Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub. məlumatına görə, iclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayıb. O, bildirib ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir.

Mehriban Əliyeva Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırıb ki, mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı bir neçə təklif var. Heydər Əliyev Fondunun prezidenti hazırda dövlət başçısı İlham Əliyevin həmin təklifləri nəzərdən keçirdiyini söyləyib.

Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri cari məsələlərlə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Prezident İlham Əliyevin mayın 19-da imzaladığı Sərəncama əsasən, gələn il “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Dövlət başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin sədri “Eurovision”da iştirakımızın təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin edilmişdir. Komitə “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb icra olunmasını təmin etməlidir.