Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Nazirlər Kabinetində görüş

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyulun 1-də İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Əvvəlcə təkbətək görüş olmuşdur. Sonra geniş tərkibdə davam edən görüşdə Baş nazir iki ölkə arasındakı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmiş, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin gücləndiyini, irimiqyaslı layihələrin həyata keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Hökumətlərarası komissiyanın fəaliyyətini təqdirəlayiq hesab etdiyini deyən Baş nazir iqtisadi əlaqələrin gücləndirilməsi baxımından Azərbaycanın hər zaman açıq olduğunu diqqətə çatdırmışdır. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazir İran İslam Respublikası hökumətinə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir. 
Azərbaycanın Baş naziri Artur Rasizadə Əli Laricaninin ölkəmizə səfərinin uğurlu olacağını vurğulamış və bunun əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir. 
Əli Laricani İran-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu demiş, mövcud əlaqələri inkişaf etdirməyin vacibliyini diqqətə çatdırmışdır. Bunun üçün geniş imkanların olduğunu bildirən qonaq dövlətinin strategiyasının məhz bu istiqamətdə qurulduğunu söyləmişdir. İran İslam Şurası Məclisinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İranın hər zaman Azərbaycana dəstək olduğunu diqqətə çatdırmışdır. 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.