Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın ABŞ-dakı səfiri Konqresin Nümayəndələr Palatasının Avropa və Avrasiya üzrə altkomitəsinin sədri ilə görüşmüşdür

ABŞ Konqresində Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev nümayəndələr palatasının Avropa və Avrasiya üzrə altkomitəsinin sədri Dan Barton ilə görüşmüşdür. Bu nüfuzlu altkomitənin yurisdiksiyasına Avropanın və Avrasiyanın 51 dövlətini əhatə edən regionda ABŞ-ın mənafelərini təbliğ etmək məsələləri daxildir. 
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında münasibətlərin vəziyyətinə dair fikir mübadiləsi aparılmışdır. Səfir Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatlar, iri regional enerji və nəqliyyat layihələri, Avropanın və ABŞ-ın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu, habelə beynəlxalq sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakı haqqında altkomitə sədrinə ətraflı məlumat vermişdir. O, iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın uğurlu olmasını qeyd etmişdir. Məsələn, mülki təyyarələr satışı barədə “Boeing” şirkəti ilə kontrakt, habelə Amerikanın “Orbital Science Corporation” şirkəti tərəfindən Azərbaycanın ilk telekommunikasiya peykinin yaradılması qeyd edilmişdir. 
D.Barton enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində iki ölkə arasında tərəfdaşlığı yüksək qiymətləndirmiş, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfələrə və Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq birliyin səylərini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir. 
Söhbət zamanı ABŞ Konqresində Azərbaycana marağın artması faktı qeyd edilmişdir. Bununla əlaqədar, səfir Y.Əliyev Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayının artmasını məmnunluqla vurğulamışdır. Son bir ayda daha iki konqresmen – İllinoys ştatından A.Kinzinger və İndiana ştatından T.Yanq işçi qrupa qoşulmuşdur. 
Səfir Y.Əliyev altkomitənin sədri D.Bartonu onun üçün münasib vaxtda Azərbaycana gəlməyə dəvət etmişdir. D.Barton bu dəvəti məmnunluqla qəbul etmişdir.