Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Argentinanın Çako və Korrientes əyalətlərində Azərbaycan reallıqları təbliğ olunmuşdur

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin şimal-şərq əyalətləri olan Çako və Korrientesdə səfərdə olmuşdur. 
Diplomat Çako əyalətinin qubernatoru Jorge Capitanich, Deputatlar Palatasının sədri Juan Jose Bergia və parlamentin üzvləri, habelə əyalətin mərkəzi olan Resistensia şəhərinin meri Aida Ayala ilə görüşmüşdür. Korrientes əyalətində isə vitse-qubernator və əyalətin Senatının sədri Braillard Poccard, Senatın üzvləri, Deputatlar Palatasının sədri Pedro Cassani, palatanın üzvləri, iqtisadiyyat naziri Jorge Vara, əyalətin mərkəzi olan Korrientes şəhərinin meri Camau Espinola ilə görüşmüşdür. 
Görüşlərdə M.Əhmədzadə ölkəmizin həqiqətləri, müstəqillik tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın dövlətçiliyin gücləndirilməsi, regional liderliyi və iqtisadi inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri, mədəni müxtəlifliyi və zəngin irsi, Latın Amerikası dövlətləri, xüsusilə də Argentina ilə əməkdaşlığı barədə ətraflı məlumat vermişdir. Bundan əlavə, görüşlərdə əyalət və şəhərlər ilə Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunmuş, bu istiqamətdə birgə maraq doğuran tədbirlərin, qarşılıqlı səfərlərin təşkili və müvafiq sənədlərin imzalanması planlaşdırılmışdır. 
Səfər çərçivəsində hər iki əyalətin işgüzar dairələrində Azərbaycanın iqtisadi potensialına və ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarına dair “dəyirmi masa”lar təşkil olunmuşdur. Bu tədbirlər Resistensia Ticarət Palatası və Çako İqtisadiyyat Federasiyasının və Korrientes Ticarət Birjasının təşkilatçılığı ilə keçirilmişdir. 
Eyni zamanda, səfər zamanı hər iki əyalətin ümumi ali təhsil müəssisəsi olan Şimal-Şərq Dövlət Universitetinin rektoru Eduardo del Valle ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan haqqında ətraflı məlumat verilmiş, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuşdur.