Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Argentinanın nüfuzlu nəşrlərində Azərbaycan geniş təbliğ edilmişdir

Argentinada dərc olunan “İmagen diplomatica” və “Revista placet diplomatica” jurnalları son nömrələrinin böyük hissəsini Azərbaycana həsr etmişlər. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, üz qabığında Bakı Metropoliteninin “İçərişəhər” stansiyası və köhnə qala divarlarının kəsişdiyi ərazinin fotoşəkli yerləşdirilmiş “İmagen diplomatica” jurnalının sonuncu nömrəsi “Azərbaycan – qədim tarixin müasirliklə qovuşduğu nöqtə” adı altında nəşr olunmuşdur. Jurnalda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin bu ilin fevralında Argentinaya səfəri çərçivəsində keçirilmiş görüşlər və tədbirlər, ümumilikdə respublikamızla bağlı həqiqətlər, ölkəmizin tarixi-mədəni irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalələr dərc olunmuşdur. Bundan başqa, Azərbaycanın sosial-iqtisadi inkişafı və Argentina ilə əməkdaşlığı, bu il Buenos-Ayresdə 28 May - Respublika Gününün qeyd olunması, ölkəmizin 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən materiallar da jurnalda yerləşdirilmişdir. 
“Revista placet diplomatica” jurnalının sonuncu nömrəsi isə “Azərbaycan Buenos-Ayresdə təqdim olunur” adı altında nəşr edilmişdir. Jurnalın üz qabığında DGK-nın sədri A.Əliyevin Argentinaya səfəri çərçivəsində təşkil olunmuş “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərginin açılış mərasiminin şəkli yerləşdirilmişdir. Nəşrdə həmin səfər, iki ölkə arasında əməkdaşlıq, respublikamız haqqında ətraflı məlumat, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, eləcə də ölkəmizin dinamik inkişafı və digər məsələlərə dair geniş məqalə dərc olunmuşdur. 
Jurnallarda Azərbaycanın görməli yerləri ilə bağlı fotoşəkillərə də geniş yer ayrılmışdır.